Qaynı arvadını başqa kişi ilə gördü və... - İmişlidəki dəhşətli qətlin TƏFƏRRÜATI

Qaynı arvadını başqa kişi ilə gördü və... - İmişlidəki dəhşətli qətlin TƏFƏRRÜATIİmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin təfərrüatları məlum olub.

Sonxeber.az ONA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu həmkəndliləri - 1995-ci il təvəllüdlü Cəlalzadə Hikmət Rasim oğlu və 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu ilə sonuncuya məxsus "Mercedes-BENZ" markalı, "99 CF 146" dövlət nömrə nişanlı avtomobillə İmişli şəhərinə gəlib.

O. Seyidovun məqsədi S. Vurğun küçəsi, ev 8 ünvanında yaşayan 2018-ci ilin noyabr ayında tanış olduğu 1996-cı il təvəllüdlü 2 uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti dəfə görüşmək olub.

Bunun üçün H. Cəlalzadə və A. Surxayzadədən Ayşənin həyat yoldaşı Məmmədov Emin Mustafa oğlunun yaxınlıqda işlədiyi mağazaya nəzarət etmələrini xahiş edib. Daha sonra O. Seyidov A. Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olub. Bu zaman V. Məmmədova onları görüb.

Qeyd edək ki, A. Məmmədova V. Məmmədovanın qaynının həyat yoldaşı olub. Vahidə mobil telefonla Ayşənin əri E. Məmmədova zəng edərək həyat yoldaşının xəyanəti barədə məlumat vermək istəyib.

Bunu görən O. Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə Ayşənin həyətdən gətirdiyi taxta parçası ilə Vahidənin boyun və baş nahiyələrinə zərbələr endirib. Həmin zərbələrdən ölmədiyini gördükdə isə O. Seyidov əynindəki gödəkçədən istifadə edərək onu boğaraq qətlə yetirib.
Sonra isə meyiti A. Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub. Daha sonra da yoldaşları H. Cəlalzadə və A. Surxayzadəyə zəng edərək avtomobili həmin evin həyət darvazası yaxınlığına sürmələrini xahiş edib. O. Seyidov yoldaşları ilə meyit olan torbanı avtomobilin yük yerinə yerləşdiriblər.

Meyit Araz çayının üzərindəki körpüdən çaya atılıb.

İmişli rayon Polis Şöbəsinin əməkdaşları O. Seyidov, H. Cəlalzadə, A. Surxayzadə və A. Məmmədovanı saxlayıb.

Faktla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2024   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏCİLİ! Azərbaycanda daha bir ZƏLZƏLƏ OLDU

İmişli rayonunda zəlzələ qeydə alınıb. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 23:49-da, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda qeydə alınıb. Zəlzələnin maqnituası 3, dərinliyi 15 km olub

21 aprel
.

Taleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10

20 aprel
.

Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı

Xaçmazda intihara cəhd hadisəsi olub. xəbər verir ki, hadisə Qobuqıraq kənd qəbiristanlığında qeydə alınıb. G.Zeynalova həmin qəbiristanlığa gələrək burada dəfn olunan qardaşının məzarı üstündə qarnına beş bıçaq zərbəsi vuraraq, özünə xəsarətlər yetirib. Məlumata görə, G.Zeynalovanın qardaşı bir neç

20 aprel
.

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak

20 aprel
.

Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ

21 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

SON DƏQİQƏ! Əkbər Əliyev vəfat etdi

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib. Bu barədə mərhumun yaxınları -a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika İnstitutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdə

21 aprel
.

Gürcüstanda soydaşımız qətlə yetirilib: Sinəsinə 11 bıçaq zərbəsi vurulub - VİDEO

Gürcüstanda soydaşımız qətlə yetirilib. Hadisə Bolnisi rayonunun Saraçlı kəndində baş verib. Belə ki, itkin düşən 34 yaşlı kənd sakini İsa Hüseynov bir gün sonra Saraçlı meşəsinə yaxın ərazidə ölü halda tapılıb. Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin ekspertiza qrupu cəlb edilib. Ekspertiza nəticəsind

21 aprel
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel