Bakıda gənc oğlan azyaşlını oğurladı, anasından 20 min istədi – Cinayət işi/Foto

Bakıda gənc oğlan azyaşlını oğurladı, anasından 20 min istədi – Cinayət işi/FotoBakıda uşaq oğurluğunda ittiham olunaraq həbs edilən 1993-cü il təvəllüdlü Sənan Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sənan Qasımzadə Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində avtomobili ilə hərəkətdə olarkən həmin küçənin kənarı ilə gedən 2002-ci il təvəllüdlü Cəfər Qasımovu görüb.

Uşağı oğurlamaq məqsədi ilə avtomobili saxlayıb, yetkinlik yaşına çatmayan oğlana "Qoşa yanacaq" doldurma məntəqəsinə aparan yolu tanımadığını deyib, həmin yolu göstərməyi xahiş edib.

Sənan Qasımzadə Cəfər Qasımovu aldadaraq avtomaşına əyləşdirib və ona özünü uşaq cəmiyyətinin işçisi kimi təqdim edib. O, Cəfər Qasımovu Dəniz Kənarı parkda gəzdirəcəyini bildirib, aldadaraq oğurlayıb.

Yolda Sənan Qasımzadə Cəfər Qasımovun istifadəsində olan mobil telefondan onun anası Afət Qasımovaya zəng edib. Qadına özünü Teymur adı ilə təqdim edib, Cəfər Qasımovu oğurladığını bildirib.

O, qadından övladının qaytarılması müqabilində 20 min manat verməsini tələb edib.

Həmin vaxt qadın övladının oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sənan Qasımzadə yol-patrul xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində idarə etdiyi "Vaz 21015" markalı avtomobildə saxlanılıb.

Onun yanında olan yetkinlik yaşına çatmayan Cəfər Qasımov əlindən alınaraq ailəsinə təhvil verilib.

İstintaq orqanı tərəfindən Sənan Qasımzadənin barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Sənan Qasımzadə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sənan Qasımzadə apelyasiya şikayəti verib. O, həbs olunana kimi "Azərişiq"da montyor işlədiyini, ailəli olduğunu, himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.

Sənan Qasımzadə əməlində adam oğurluğu ittihamının tərkibi olmadığını göstərib. Bildirib ki, Cəfər Qasımovu tamah niyyəti ilə oğurlamayıb. Qeyd edib ki, həmin günü Cəfər Qasımovu Dəniz Kənarı parkda gəzdirib və geri qaytaranda isə polislər tərəfindən yaxalanıb.

Sənan Qasımzadə qeyd edib ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən məsuliyyəti ağırlaşdıran halların olmamasını, məsuliyyəti yüngülləşdirən halları, o cümlədən ailə başçısı olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, zərərçəkmişə qarşı heç bir qanunazidd hərəkətə yol vermədiyini, onu yelləncəkdə əyləndirdiyini, dondurma yedizdirdiyini nəzərə almayıb.

Sənan Qasımzadə barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Sənan Qasımzadənin apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Sənan Qasımzadə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Sənan Qasımzadənin kasasiya şikayəti qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Sənan Qasımzadənin cəzası 12 ildən 10 ilə endirilib.
Bakıda gənc oğlan azyaşlını oğurladı, anasından 20 min istədi – Cinayət işi/Foto


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1453   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021