"Nə qədər ki, Onkoloji xəstəlik pul mənbəyi olaraq qalacaq..."- Fazil Mustafa

"Nə qədər ki, Onkoloji xəstəlik pul mənbəyi olaraq qalacaq..."- Fazil Mustafa"Ölkədə ilk növbədə Onkoloji və digər xəstəliklərin sürətlə yayılması qida ilə bağlıdır. İnsanlar vaxtı keçmiş, zəhərli qidalardan xəstəlik tapırlar".

Bu sözləri Sonxeber.az-a sosial şəbəkədə Onkoloji xəstəliklə bağlı yazdığı statusa aydınlıq gətirərkən millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili Səhiyyə işçilərinin bilik səviyyəsindən danışıb:

"İkinci növbədə həkimlərin bilik səviyyəsi yetərli deyil. Azərbaycanda tibb təhsili aşağı səviyyədədir. Üçüncüsü isə, korrupsiyanın kifayət qədər geniş olmasıdır. İnsan sağlamlığını pul qazanmaq vasitəsinə çeviriblər. Bu, üç amil Azərbaycan səhiyyəsinə ciddi şəkildə təsir edir. Ona görə də, son bir il ərzində daha çox Onkoloji xəstəliklərin sayı kəskin artıb. Bu da insana həm maddi, həm də mənəvi ziyan vurur. Ölkədə gənc yaşında vəfat edən insanların çoxu Onkoloji xəstəlikdən həyatını itirir. Digər xəstəlikləri pis-yaxşı müalicə etmək mümkün olur, ancaq Onkoloji xəstəlik də həm pul vəsaiti çox tələb olunur, həm də xüsusi xidmət yetərli səviyyədə deyil. Xarici ölkələrin əksəriyyətində Onkoloji xəstələrə pulsuz xidmətlər göstərilir. Biz də isə, adı pulsuzdur. Ölkəmizdə nə qədər ki, Onkoloji xəstəlik pul mənbəyi olaraq qalırsa, heç bir zaman bu problem kökündən həll olunmayacaq. Həm diaqnozlar səhv qoyulur, həm həkim savadsızlığı, həm də rüşvətxorluq davam edir. Bu da dövlət səviyyəsində müzakirəyə çıxarılmalıdır. Vətəndaşın xəstəlikdən xilas olunması üçün çıxış yolu tapılmalıdır. Onkoloji xəstəlik həqiqətən də həyacan təbili çalan xəstəlikdir".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin katibi Səfayə Əhmədova Sonxeber.az-a həkimin xəstəyə səhv diaqnoz qoyması fikrinə münasibət bildirib. Onun sözlərinə, səhv diaqnoz xoşagəlməz bir haldır:

"Dünyanın hər bir yerində həkimin xəstəyə səhv diaqnoz qoyması halı baş verir. Xoşagəlməz hal olsa da, ancaq qaçılmaz faktdır. Dəfələrlə olub ki, ölkəmizdə həkim öz xəstəsinə diaqnoz qoyub, lakin xəstə inanmayıb xarici ölkəyə üz tutub. Başqa üsullarla müalicə olunub, ancaq bir müddətdən sonra ölkəmizdə həkimin qoyduğu diaqnoz öz təsdiqini tapıb. Sonucda artıq gec olub, müalicə etmək də mümkün olmayıb".

Gülnarə Eynullaqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2834   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

"Avromed"ə məxsus "Vita aptek"də 17 manatlıq dərman 37 manata satılır - FOTOFAKT

Mərdəkandakı "Vita Aptek"də 17 manatlıq dərman 37 manata satılır. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış teleaparıcı Zamirə Dadaşova bildirib. O, "Truxal" adlı dərmanın Mərdəkanda yerləşən "Vita Aptek"dən 37 manata alındığını sübut edən fotolar paylaşıb. Aparıc

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart