Qadınla kişini bir-birinə cəlb edən BƏDƏN QOXUSU haqqında bilinməyən faktlar

Qadınla kişini bir-birinə cəlb edən BƏDƏN QOXUSU haqqında bilinməyən faktlarTəbiət bizə dünyanı dərk etməyə imkan verən beş mühüm element - duyğu qabiliyyəti ilə mükafatlandırıb. Ətrafımızda bir çox qoxu var və bunların hamısı fərqlidir. Təəssüf ki, səs-küylü sivilizasiyanın içində yaşayan şəhər sakinləri təbiət qoxusundan məhrumdur. Vəhşi təbiətdə yaşayan afrikalı isə bir neçə saat əvvəl meşədə gəzən dostunu qoxunun "izi" ilə tapmağa qadirdir.

Fenomenal qoxu yaddaşı bütün insanlarda və istənilən şəraitdə inkişaf edir. Məsələn, sevgilinizlə ayrıla və bir müddət sonra onu tamamilə unuda bilərsiniz. Amma ətrinin qoxusu gözlənilmədən sizi yaxalaya və keçmiş xatirələri yenidən canlandıra bilər. Azərbaycanlı əttar Murad Məsud Publika.az-a verdiyi müsahibəsində bildirib ki, qoxu yaddaşı çox güclüdür:

"Qoxunun qulaq və göz yaddaşından güclü olması məsələsi həqiqətdir. O, unudulmuş anları və yaşadığımız nostalji hissləri xatırladan sehrli qüvvədir. Ətir keçmişdə baş verən hadisələri və detalları deyil, həmin an keçirdiyimiz hisslərin təfərrüatlarını xatırladır və onları bizə yenidən yaşadır. Qoxunun analiz prosesi insan beynində limbik sistemdə amiqdala içərisində gedir. Kədər, nifrət, sevgi, ehtiras, üzüntü və s. kimi digər hisslərimiz orada emal olunur. Bu da o deməkdir ki, qoxu bu hissləri oyada bilir. Çünki hamısı eyni mərkəzdən idarə olunur".

Publika.az bu yazıda oxucuları qadın və kişini bir-birinə cəlb edən bədən qoxusu haqqında maraqlı faktlarla tanış edib.

Ulu babalarımız kimi biz də sevdiyimiz insanları bədən qoxusuna əsasən seçirik. Məsələn, yaxşı insana qoxusundan dolayı səbəbsiz qərəz və nifrət hiss edə bilərik. Bizi onun şəxsiyyəti deyil, bədən qoxusu qıcıqlandıra bilər. Qədim rəvayətlərdə də deyilir ki, qadınla kişini bir-birinə cəbz edən və ya bağlayan qüvvələrdən biri bədənin öz qoxusudur. Bədən qoxusunu bir növ qarşısıalınmaz enerji də adlandırmaq olar. Əslində, bu hissə tam olaraq qoxu deyə bilmərik.

Hələ qədimlərdə filosoflar qoxu haqqında müxtəlif fərziyyələr irəli sürüb. Bunlar insanın bəlli emanasiyaları (Emanasiya - dünyanın əbədiliyi prinsipi, heç nədən yaranmanın qeyri mümkünlüyü ideyası, öz varlığı daxilində azalmadan və dəyişmədən qalır), insan ruhunun individual "aromasıdır". Biz o hissləri başqa sözlə ifadə edə bilmədiyimiz üçün adını "qoxu" qoyuruq.

XVI əsrin əvvəllərində alim Aqrıppa Nettesheim yazırdı: "Müşk və ənbər qoxusu ətrafa yayıldığı kimi, qəddar insandan şər, xeyirxah insandan xeyir nə isə ötürülür. Ötürülən enerjinin xeyir və şər olması əhəmiyyət kəsb etmir, onu "doğma" və "yad" kimi də təyin etmək olar".

Ümumiyyətlə, qoxu üzərində eksperimentlər illərdir aparılır. Həqiqətən də elə qoxular var ki, onlar bizi özünə çəkir, elə qoxular da var ki, bizdə itələyici təəssüratlar oyadır. Bu faktoru insan qoxusuna da aid etmək olar. Amma yenə təkrar edirəm, söhbət hər hansı qoxudan deyil, qarşı tərəfin bütün enerji və xüsusiyyətlərini özündə əks etdirən daha mürəkkəb hissdən gedir. Hətta burnumuz tutulsa da, biz bu qoxunu ilk görüşdən duyuruq. Çünki bu, iybilmə reseptorlarımızla deyil, belə demək olarsa, bütün ruhumuzla hiss edilən qeyri-adi və "energetik bir qoxudur".

Özünəməxsus "intim qoxunu" əlbəttə ki, hər kəs hiss etməyə bilər, ancaq yüksək həssaslığı və empatiya hissi olanlarda, xüsusilə uşaqlarda daha güclüdür. Aydın məsələdir ki, hansı duyğular yaşadığını izah etmək uşaqlar üçün daha çətindir. Hərçənd ki, insanları qoxusuna əsasən yad və doğma olaraq təyin etmək böyüklər üçün elə də asan deyil.

"Xəsislik siçovul, nifrət isə leş qoxuyur", - 20 əsrin başlanğıcda tanınmış həkim Strinberq insan xarekterinin mənfi xüsusiyyətlərini belə təsvir edirdi. Həkimin siçovulları xüsusi olaraq iylədiyini və bu qoxunu pis niyyətli insanla müqayisə etdiyini təsəvvür etmək çətindir. Əlbəttə ki o, öz hisslərini beyində və şüuraltında canlandırdığı obrazlarla təsvir edirdi.

İlk görüşdən bizdə istənilən şəxs haqqında müəyyən obrazlar və assosiasiyalar yaranır. Hadisələrin gedişatından asılı olaraq onlar dəyişə bilər. Məsələn, xəyanət edən ərin bədən qoxusu dəyişə bilər. Bəzən bizə aid olan doğma qoxu yox olur və ya itələyici təsir oyadır.

Və demək lazımdır ki, bu adi inanc deyil, elmi cəhətdən təsdiq edilib. Tədqiqatlara əsasən DNT-si çox fərqli olan qadın və kişiləri bədən qoxuları bir-birinə daha çox cəlb edir.

Alimlərin sözlərinə görə, bizə həsəd aparan və pislik etmək istəyən insanın qoxusu dəyişir. Yaxud qəzəbli bir insan bərk qızdırılmış metal qoxa bilər. Ən maraqlısı odur ki, ölümlə üz-üzə qalan insan bədəninin qoxusu sürətlə dəyişməyə başlayır.

İlk görüşdə qarşı tərəfin ətrini iyləyin. Fikrinizi qoxuya yönəldin. Psixoloqlar təsdiq edir ki, fikrinizi sözün əsl mənasında qoxuya yox, onun sizdə yaratdığı obrazlara yönəltməkdə fayda var. Onların sözlərinə görə, vacib məlumatı və vacib insanı qaçırtmamaq, yaxud təhlükəli insanı təyin etmək üçün "qoxunu" dərk etmək və ona xüsusi diqqət vermək lazımdır.

Bütün bunlar çox şəxsi assosiasiyalar və hisslərdir. Bədənin öz qoxusu çox intimdir, bəziləri cəhd etməyə çalışsa da, onu heç bir ətirlə boğmaq mümkün deyil. Bu zaman sual yaran bilər ki, onlar nəyi gizlətməyə çalışır? Niyə belə maskalanırlar? Bu faydasız maskalanmadır. Çünki bədən qoxusu insan energetikasının görünməz simvoludur. Odur ki, biz qoxunun yad və ya doğma, yaxşı və ya pis olduğunu dərhal hiss edirik.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2325   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021