"Ermənistan danışıqlar prorsesini uzadır: Rusiyanın sülhə qərar verməsi..." – SENSASİON AÇIQLAMA

"Ermənistan danışıqlar prorsesini uzadır: Rusiyanın sülhə qərar verməsi..." – SENSASİON AÇIQLAMAMoskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş başlayıb. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər.

Sonxeber.az-a Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü şərh edən millət vəkili Asim Mollazadə söyləyib ki, Ermənistan danışıqları uzatmağa çalışır.

Millət vəkilinin sözlərinə görə, hər dəfə olduğu kimi, yenə də danışıqları pozmağa cəhd edəcəklər:

"Ermənistan tərəfi yerinə yetirə bilməyən təkliflər irəli sürərək, danışıqlar prosesini yenə də uzadacaqlar. Bunun da əsas səbəbi Ermənistanın sülhə hazır olmamasıdır. Görünür ki, yen rəhbər hansısa ciddi addım atmaqdan çəkinir. Çünki onlar Dağlıq Qarabağ ərazisinin azad edilməsindən çox qorxurlar. Rəqiblərinin bundan istifadə etməsindən və hakimiyyətə qayıtmasından ehtiyat edirlər. Yəni, Nikol Paşinyanın sülhə doğru addım atmasını gözləməyə dəyməz. Çünki sülhə hazır deyil, acizdirlər. Rusiyanın isə, sülhə qərar verməsi və Ermənistanın bu qərarla razılaşması heç də inandırıcı deyil".

Qeyd edək ki, görüşdə müzakirələr martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşünün nəticələr üzərində qurulacaq. Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə telefon əlaqəsi yaradaraq, müzakirələr aparmışdı. Bunun arfdından Moskvada nazirlərin görüşünün təşkili daha çox Dağlıq Qarabağ münaqişəsi ətrafında geosiyasi maraqlardan irəli gəlir. Rusiya münaqişənin həllində təşəbbüsün ABŞ-ın əlinə keçməsini istəmir. Əsas hissəsi qapalı olacaq görüşdə Dağlıq Qarabağ münaqişənin həlli yolları müzakirə olunacaq, lakin konkret detallar bəlli deyil.

Gülnarə Eynullaqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5305   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021