"Dilqəm və Şahbazla görüş baş tutarsa, Ermənistan tərəfi..." – Deputatdan SƏRT MÖVQE

"Dilqəm və Şahbazla görüş baş tutarsa, Ermənistan tərəfi..." – Deputatdan SƏRT MÖVQE"Bəlkə də razılaşmaya əsasən, erməni əsirlərinin ailə üzvləri Azərbaycana gələrək, onları ziyarət edə biləcəklər. Ancaq Dilqəm Əsgərovun və Şahbaz Quliyevin ailə üzvlərinin ora səfər etməsi ilə bağlı heç bir söz deyə bilmərəm".

Bu sözləri Sonxeber.az-a əsir və girovluqda olan Azərbaycan vətəndaşlarının ailə üzvləri ilə görüşünün baş tutmasına münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə söyləyib.
Millət vəkili Dilqəm və Şahbazın öz torpaqlarına gedərkən erməni hərbiçiləri tərəfindən həbs olunduqlarını əlavə edib:

"Bu da hüquq müstəvisində həll olunacaq bir məsələdir. Ailə üzvlərinin görüşündənsə, Dilqəm və Şahbazın qanunsuz həbs olunduqlarına görə azad olunmalarını istərdim. Girovluqda olan vətəndaşlarımızın azad olunma məsələsini erməni tərəfi əsassız şəkildə uzadır. Azərbaycanın mövqeyi isə, heç bir tərəfdə əsirlərin və həbs olunmuş vətəndaşların qalmamasıdır".

A.Mirzəzadə Azərbaycan torpaqlarının Ermənistana heç bir aidiyyatının olmadığını qeyd edib:

"Əgər girovluqda olan Azərbaycan vətəndaşlarının ailə üzvləri ilə görüşü işğal olunmuş torpaqlarda baş tutarsa, artıq həmin ərazilərin Ermənistan tərəfindən işğal olunması öz təsdiqini tapacaq. Azərbaycanın 30 ilə yaxın müstəqil dövlətçilik tarixi var. Azərbaycan Ermənistanın təxribatlarından özünü və milli maraqlarını qorumaq üçün çox ciddi sistem yaradıb. Ermənistanın yeni hakimiyyətinə gəldikdə isə, Paşinyan və onun komandası siyasi xal yığmaq üçün əhalisinə vəddlər verir. Çünki cəmiyyət Paşinyanı hakimiyyətə sosial problemlərinin həlli üçün gətirib".

Qeyd edək ki, Rusiya mətbuatı Ermənistan və Azərbaycan xarici işlər Nazirlərinin Moskvada görüşü haqda maraqlı detalları açıqlayıb. Qarşılıqlı razılaşmaya əsasən hər iki ölkə məhbusların yaxınlarının ziyarətlərinə icazə verəcək. Ancaq bu ziyarətin harada baş tutması olduqca gizlin qalıb. Girovluqda olan Azərbaycan vətəndaşlarının ailə üzvləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Ermənistanda görüşə bilməz. O zaman bu görüş harada baş tutacaq. Bu ziyarətin də məhz ATƏT-in Minsk Qrupunun nəzarəti ilə baş tutuacağı haqqında Rusiya mətbuatı məlumat yayıb.

Gülnarə Eynullaqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3837   Tarix: 16 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel