Azərbaycnda qısqanc ər arvadına 40 bıçaq zərbəsi vurdu
Sumqayıt şəhərində arvadını qətlə yetirməkdə təqsirli bilinən Ağayev Yaqub Şirin oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 26-na təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Sumqayıt şəhərinin on birinci mikrorayon ərazisində baş verib. Şəhər sakini, 26 yaşlı Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. Hadisə yerinə gedən polislər qadının nə dərəcədə amansızlıqla öldürüldüyünü görüb şoka düşüblər.
Patoloqoanatomlar gənc qadının bədənində 40-a yaxın bıçaq yarası sayıblar. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb. İstintaqın ilkin versiyasına görə, kişi həyat yoldaşını qısqanclıq zəminində öldürüb.
Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 1948 Tarix: 17 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMəhkəmə Əziz Orucov barədə qərar qəbul edib
Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb
1 aprelQardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı
Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak
17 aprelMüğənnini öldürən ərinə hökm oxundu
Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd
3 aprelBiləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu
Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl
26 martDüşmən casusuna hökm oxundu
Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət
16 martArvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ
Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd
19 aprel