İlham Əliyev fərman imzaladı - DTX-nin səlahiyyətləri artırıldı

İlham Əliyev fərman imzaladı - DTX-nin səlahiyyətləri artırıldıPrezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb.

Trend-in məlumatına görə, həmin qanunla Cinayət Məcəlləsinə "Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili"nə (maddə 233-4) görə cinayət məsuliyyəti nəzərdə tutan maddə əlavə edilib.

Belə ki, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prezidentin fərmanına əsasən, telekommunikasiya sahəsində qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səlahiyyətlərinə daxil edilib.

Məlum olduğu kimi, günümüzdə ümumi cinayətlərin sırasında informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin payı artmaqdadır. Son illər Azərbaycan banklarına qarşı kibercinayətlər törədən çoxsaylı xarici vətəndaşlar DTX tərəfindən müəyyən edilərək Azərbaycana ekstradisiya olunub. Hazırkı dəyişikliklər isə telekommunikasiya sahəsində artan cinayətlərin qarşısının alınmasına yönəlib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2192   Tarix: 17 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel