Azərbaycanda əhali arasında piylənmə artır - Acınacaqlı proqnozlar

Azərbaycanda əhali arasında piylənmə artır - Acınacaqlı proqnozlar2014-cü il üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycanda yetkin əhalinin təxminən 33 faizi piylənmə və artıq çəkidən əziyyət çəkir.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasına həkim dietoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis Emil Hidayətli deyib.

O bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar arasında piylənmənin sayı artmaqdadır:

"Ən ciddi məqam piylənmənin uşaqlar arasında artmasıdır. Bu, əsasən, qidalanma faktoru ilə əlaqəlidir. Qida sənayesinin dəyişməsi, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, passivlik və digər tibbi problemlərin də piylənmənin yaranmasında rolu var.
Piylənmə ilə mübarizə aparmaq üçün qida və fiziki aktivliyə kompleks şəkildə nəzarət etmək lazımdır.

Piylənmədən əziyyət çəkən insanlar vərdişlərini dəyişməlidirlər. Sağlamlıq üçün bu, vacib faktordur. Qida, həyat tərzi, yuxu, fiziki aktivlik, vərdişlər dəyişmədikcə piylənmənin qarşısını almaq mümkün deyil".

Həkim deyib ki, ildən-ilə proqnozlar daha acınacaqlı olur:

"2030-cu ildə artıq Yer kürəsinin əhalisinin yarısı artıq çəkidən və piylənmədən əziyyət çəkəcək.

Bizim qeyri-ixtiyari təkrarladığımız hərəkətlər vərdiş adlanır ki, bu, müəyyən qaydada qidalanmadır. Yuxu vərdişi burada önəmli rol oynayır, gecə saat 00:00-01:00-dan sonra yatanlarda piylənməyə meyil artır.

Bunların hamısının daha sağlam vərdişlərlə dəyişilməsini birgə tətbiq etməklə, biz müsbət nəticələr əldə edə bilərik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 941   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel