Bakının mərkəzində ev alan 74 nəfər belə aldadıldı – EVƏ KÖÇƏ BİLMİRLƏR

Bakının mərkəzində ev alan 74 nəfər belə aldadıldı – EVƏ KÖÇƏ BİLMİRLƏRBakının mərkəzi - Xocalı prospektində Xətai metrosunun qarşısına düşən hissəsində "Hom Paş Prestij" tikinti firması tərəfindən tikilmiş çoxmərtəbəli binadan ev almış şəxslərin şikayəti əsasında şirkətin rəhbəri, Almaniya vətəndaşı olan türk əsilli biznesmen Yiğitdol Hikmet Süleyman oğlu barəsində cinayət işi açılıb.

Sonxeber.az-ın news24.az-a istinadən məlumatına görə, biznesmenin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətmə maddəsi ilə cinayət işi açılıb. Artıq həmin binadan ev almış 74 nəfər zərərçəkən kimi tanınıb. Xətai rayon Polis İdarəsində aparılan istintaqın yekunlaşması ilə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə hakim Romella Allahverdiyevanın sədrliyi ilə məhkəmə prosesi başlayacaq. Məlumata görə, 2008-ci ildə Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə Xocalı prospektində, 1181-ci məhəllədə torpaq sahəsi alaraq hündür mərtəbəli bina tikintisinə başlanılıb. Bina tikiləndən sonra "Hom Paş Prestij" MTK-nın rəhbəri Hikmet Yiğitdol şəriki Qabil Əliyevin onu aldadaraq mənzilləri satıb qaçdığını bildirmişdi. H. Yiğitdol deyib ki, Q.Əliyev onun Azərbaycanda olmamasından istifadə edərək dələduzluq yolu ilə ikinci möhür düzəltdirib: "Biz təsisçilərin təsis protokolu və razılığı olmadan Bakı şəhəri İcra Hakimiyyətinə məktubla müraciət edib. Adımdan saxta imza ataraq 0.73 ha torpaq sahəsini özünə məxsus "İnter" MMC-nin adına keçirilməsinə nail olub. Meriyadan 23 oktyabr 2015-ci il tarixdə sərəncam aldıqdan sonra tikintini özünə məxsus "İnter" MMC-nin adından aparmağa başlayıb. Sonra vətəndaşlara yaşayış və qeyri-yaşayış sahəsi satıb". Maraqkıdır ki, "Hom Paş Prestij" MTK-nın sədri Hikmət Yigitdöllə bərabər, həmin şirkətlə müqavilə əsasında işləyən "Vaqif Oğulları" MMC-in direktoru Asif Pirvəliyev və mühasib Şirməmməd Baxşəliyev arasında da uzun müddətdir məhkəmə çəkişməsi gedib. 2016-cı ildə isə tanınmış iş adamı İsfəndiyar Axundov "Hom Paş Prestij" MTK şirkətini məhkəməyə verib. Şərurlu İsfəndiyar mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb. Bundan başqa, şirkətdən narazı olan payçılar Feysbukda səhifə açaraq problemlərini sosial şəbəkələr vasitəsi ilə ictimailəşdiriblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1656   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel