Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi

Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi"Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) işlənməsi üzrə Rəhbər Komitə (SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan "Mərkəzi-Şərqi Azəri" (MŞA) layihəsini təsdiqləyib.

Modern.az-ın məlumatına görə, 6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərizndə AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox investisiya qoyulub.

Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8000 işçinin cəlb olunacağı gözlənilir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, 25 il əvvəl "Əsrin Müqaviləsi" ilə ölkənin rifahı naminə əsası qoyulmuş AÇG yataqlar blokunun inkişafının daha bir mühüm mərhələnin astanasındayıq:

"Ötən onilliklərdə SOCAR Azərbaycanın neft gəlirlərini ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndirib. Bu gün artıq bizim dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var. Əlimizdə olan bütün bu imkanlar yeni "Mərkəzi-Şərqi Azəri" platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaradıb. Layihə çərçivəsində biz 3 milyard barreldən çox əlavə neftin hasil olunmasını gözləyirik. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək".

Bu məsələ ilə bağlı BP-nin baş icraçı direktoru Bob Dadli qeyd edib ki, birgə fəaliyyətin ötən 25 ili ərzində uğurlu tərəfdaşlıq Azərbaycan xalqının dünya səviyyəli aktivlərini xalq üçün böyük mənfəətə çevirib:

"AÇG-nin gələcəyi həmin irsin üzərində qurulacaq və növbəti 25 ilin də eyni cür parlaq olmasını təmin edəcək."

Çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons əlavə olaraq, deyib ki, bugünkü bəyanat Hasilatın Pay Bölgüsü sazişini uzadarkən qarşıya qoyulan uzunmüddətli hasilat planlarını dəstəkləyir:

"Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir."

MŞA layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.

Bundan əlavə, laya vurulan suları "Mərkəzi Azəri" kompressiya və suvurma platformasından MŞA qurğularına nəql etmək məqsədi ilə MŞA və Şərqi Azəri platformaları arasında suvurma boru xətti tikiləcək.

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: : BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).

Qeyd edək ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb. Yeni saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimum səviyyəyə çatdırılmasını nəzərdə tutur.

AÇG Azərbaycanın nəhəng neft yatağıdır. Bu günə kimi yataqdan 3,5 milyard barrel (474 milyon ton) neft hasil olunmuşdur. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.

Bu günə kimi AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard ABŞ dollarından artıq sərmayə qoyulub.


Sonxeber.az Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1449   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycanda bu mallar ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.. . Publika.az Trend-ə istinadən xəbər verir ki, aprelin 18-də qızılın qiyməti aprelin 17-i ilə müqayisədə 9,197 manat azalaraq 1 unsiya üçün 2162,8505 manat təşkil edib.. . Gümüş 0,1447 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4085 manata bərabər olub.. . Trend-ə görə

19 aprel 2019

Problemli kreditlər siyahısında adı çıxmayanlar nə etməlidir? - AÇIQLAMA

Problemli kreditlərin həlli ilə bağlı imzalanmış sərəncamdan sonra martın 28-də müvafiq siyahı açıqlanıb. Tam siyahı isə aprelin 15-dən açıqlanıb. Bundan sonra bəzi vətəndaşlardan adlarının siyahıda olmaması ilə bağlı redaksiyamıza şikayətlər daxil olub. Bunlar, əsasən, bağlanmış banklarda kreditlər

18 aprel 2019

"Məhkəmələr düzgün qərar qəbul ediblər" – Deputatdan problemli kreditlərlə bağlı ŞƏRH

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Prezidenti cənab İlham Əliyev problemli kreditlərin həlli barədə fərman imzaladığı gündən məhkəmələrdə baxılan problemli kreditlərlə bağlı işlərin icraatının təxirə salındığını bildirib.. . Sonxeber.az-a problemli kreditlərin təxirə salınması ilə bağlı qərar

17 aprel 2019

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlər

16 aprel 2019

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 15 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.. Mərkəzi Bankdan Sonxeber.az-a verilən məlumata görə, aprelin 15-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.. . Manata nəzərən avronun məzənnəsi 1,9225 mana

15 aprel 2019

Problemli kreditləri olan vətəndaşlara ŞAD XƏBƏR

Bu gün problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı hazır olacaq.. Sonxeber.az xəbər verir ki, daha öncə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirildiyi kimi, bütün məlumatlar xüsusi portalda (pk.fimsa.az) dərc ediləcək.. . Məlumatın toplanması ilə əlaqədar bəz

15 aprel 2019

Aprelin 15-nə MANATIN MƏZƏNNƏSİ

Aprelin 15-nə manatın məzənnəsi açıqlanıb.. . Mərkəzi Bankdan Sonxeber.az-a verilən məlumata görə, 15.04.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.. . Qeyd edək ki, 2019-cu il aprelin 12-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşki

12 aprel 2019

Aprelin 11-nə MANATIN MƏZƏNNƏSİ

Aprelin 11-nə manatın məzənnəsi açıqlanıb.. . Mərkəzi Bankdan Sonxeber.az-a verilən məlumata görə, 11.04.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.. . Qeyd edək ki, 2019-cu il aprelin 10-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşki

10 aprel 2019

Manat və dolların sabaha olan məzənnəsi

Aprelin 10-na manatın məzənnəsi açıqlanıb.. . Mərkəzi Bankdan Sonxeber.az-a verilən məlumata görə, 10.04.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.. . Qeyd edək ki, 2019-cu il aprelin 9-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşki

9 aprel 2019