"Xəstənin dünyasını dəyişməsinə səbəb..." - Həkimdən gəncin ölümü ilə bağlı AÇIQLAMA/ÖZƏL

"Xəstənin dünyasını dəyişməsinə səbəb..." - Həkimdən gəncin ölümü ilə bağlı AÇIQLAMA/ÖZƏLBakıda əməliyyat edilən xəstə həkim səhlənkarlığından dünyasını dəyişib. Unikal.org-un əldə etdyi məlumata görə, Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əməliyyat olunan Laçın rayonundan məcburi köçkün Əlizamin adlı 28 yaşlı gənc qipospadiya (sidik kanalının tutulması) əməliyyatı olunub. Əməliyyatdan sonra xəstənin bir həftə qızdırması düşməyib. Onun qanına iltihab keçdiyi üçün dünyasını dəyişib. Həkimlər məsuliyyəti öz üzərlərindən atmaq üçün xəstənin yaxınlarına mərhumun ürəyində problem olduğu üçün dünyasını dəyişib. Məlum olub ki, mərhum xəstəxananın uşaq şöbəsində professor Eldar Hüseynov və oğlu Murad Hüseynov tərəfindən əməliyyat olunub. Həmin şöbədə isə 14 yaşına qədər uşaqların əməliyyat olunbmasına icazə var. Xəstənin yaxınlarının bildirdiyinə görə, əməliyyata görə xəstəxanaya 2000 manata yaxın pul ödənilib.

Baş vermiş hadisə ilə bağlı Sonxeber.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova məsələnin araşdırıldığını söyləyib:

"Hələ ki, heç bir söz deyə bilmərəm. Araşdırma aparılır, araşdırmalar bitdikdən sonra məlumat verə bilərəm".

Daha sonra Respublika Klinik Uroloji Xəstəxanasının uşaq şöbəsi ilə əlaqə saxladıq. Murad Hüseynov Sonxeber.az-a 28 yaşlı Əlizamin adlı gəncin ölüm səbəbi ilə bağlı açıqlama vermək istəmədiyini söylədi:

"Həkim səhlənkarlığı olmayıb. Ölüm kağızı var, xəstə nə üçün dünyasını dəyişdiyi qeyd olunub. Əlavə heç bir cavab vermək istəmirəm".

Gülnarə Eynullaqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4424   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021