"Avtomatın darağını axıra qədər boşaldıb, "məhv elədik" deyə qışqırıb və yerə yıxılıb" - şəhid Mahir Mirzəyevin atası - VİDEO

"Avtomatın darağını axıra qədər boşaldıb, "məhv elədik" deyə qışqırıb və yerə yıxılıb" - şəhid Mahir Mirzəyevin atası - VİDEOEvin tək oğlunu, nəslinin davamçısını, ümidini, dayağını aprel döyüşlərində itirən şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev "Aprel qəhrəmanları" silsilə reportajlarımızın növbəti qəhrəmanıdır. Şəhid analarını ağ saçlarından , qara paltarlarından tanıyırıqsa, şəhid atalarını da saqqal basmış üzlərindən, bükülən bellərindən, kədərdən çökmüş gözlərindən tanıyırıq. Oğul acısı belini büksə də, şəhid atası olmağın qüruru ilə başını dik tutur. Keçirdiyi acı günləri təkrar danışmaq nə qədər ağır olsa da, şəhidimizin xatirəsini yaşatmaq, ruhunu şad etmək naminə bizimlə razılaşır. Oğlu haqqında fəxrlə danışır.

O, deyir ki, Mahir adını doğruldan bir oğul olub, adı kimi özü də əl atdığı hər işdə mahir olub. Həm də vətənpərvər... Yüksək balla daxil olduğu magistratura təhsili atıb, hərbi xidmətə gedəcək qədər vətəninə bağlı olub: "Mahir Mirzəyev 1994-cü il 17 fevral tarixində Bakı şəhərində anadan olub. 2011-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsinə daxil olub. 2015-ci ildə ali təhsilini bitirib yüksək balla Qafqaz Universitetinin menecment fakültəsinin magistr pilləsinə qəbul olunub. 2007-ci ildə Azərbaycan Respublikası Ciu-citsu Milli Federasiyasının üzvü olmuş və imtahanda bacarıq göstərərək 7 Sichi-Kyu-ya layiq görülmüşdü. "ASAN" xidmətdə könüllü kimi çalışıb, "Avropa Oyunları"nda könüllülərdən biri olub. Bütün bu fəaliyyətlərindən diplom, sertifikat və fəxri fərmanlar alıb, bizi hər zaman uğurları ilə sevindirirdi. Adını Mahir qoymuşduq, özü də hər sahədə Mahir idi. Dindar oğlan idi, ibadət edirdi. 5 dil bilirdi, türk, ingilis, rus, ərəb dillərini bilirdi. Şəhid olduqdan sonra mən gördüm ki, onun yüzlərlə dostu var. Qafqaz Universitetinin menecment fakültəsinin magistr pilləsinə qəbul olunmuşdu, ancaq hərbi vəzifəsini yerinə yetirməyə görə, ali təhsilini yarımçıq qoyub əsgərliyə getdi. Orada da hamının hörmətini qazanmışdı".

Sabir Mirzəyev deyir ki, aprel hadisələri zamanı 8 gün oğlundan xəbər tuta bilməyi, 9-cu gün isə evlərinə oğlunun nəşi gətirilib: "Bu hadisələr gözlənilmədən başladı. Düşmən təxribat törətdi, müharibə başladı. Biz nə qədər əlaqə saxlamağa çalışsaq da, alınmadı, zəng çatmadı. Düşünürdük ki, cavan uşaqdır, onlar açıq döyüşə girməzlər. Heç gümanımız yox idi ki, oğlumuz şəhid olar. Aprelin 7-də, 8-də xəbər tuta bilmədik. Sonra itkin düşənlərin siyahısında adı çıxdı. Aprelin 9-da səhər nəşini gətirdilər, Mehdiabad-Pirşağı qəbiristanlığında dəfn olundu. Əsgər dostları danışır ki, orada çox böyük şücaət göstərib, savaşıb. Yaralı vəziyyətdə olmasına baxmayaraq Seysulan kəndi istiqamətində axıra qədər gedib, dostlarının köməyindən də imtina edib. Heç kimə yaralı olduğunu deməyib. Dostları deyir ki, son anda qalxaraq avtomatın sona qədər düşmən tərəfə boşaldıb və sevincək qışqırıb ki, "məhv elədik". Hansısa atəş nöqtəsini məhv eləyib və həmin anda yerə yıxılıb. Son nəfəsində də olsa atəş nöqtəsini məhv edib və snayper tərəfindən vurulub".

Şəhid atasının sözlərinə görə, oğlunun şəhid olması onun üçün həm kədərli, həm də qürurludur: "Biz müsəlmanıq, dindar insanlarıq. Dəfələrlə Məşhəd ziyarətində olmuşuq. Dinimizdən də bilirik ki, şəhidlik İmam Hüseyndən gəlir. Biz də hər zaman şəhidlik arzulamışıq ki, o hər adama qismət olmur. Onlar seçilmişlərdir. Mahir 5 dil bilirdi, orada 7 dil bilən oğlanlar var idi, idmançılar var idi, 700 bal yığan Müşfiq Orucov var idi. Qalsaydılar vətən üçün çox xidmətləri ola bilərdi, şəhid olmaqları ilə də torpaq üçün , vətən üçün çox böyük iş gördülər. Şəhidlər olmasa heç bir dövlət, müstəqil , azad ola , inkişaf edə bilməz. Hamımız onlara borcluyuq. Mahirin Hacı Şahinlə çox yaxın əlaqəsi var idi. O da çox gözəl insandır və tez-tez bizi ziyarət edir, dəstək olur. Hacı Şahin şəhidləri şama bənzədir ki, onlar özlərini yandırıb işıq verirlər ki, xalq cəmiyyət işığa çıxa bilsin. Onlar canlarını bizim yolumuzda qurban veriblər. Allah qatında şəhidlərin yeri ən yüksək təbəqədədir. Dövlətimiz də, dövlət başçısı da şəhidlərə, şəhid ailələrinə dəyər verir, xalq da uşaqdan –böyüyə qədər hər kəs bizə dəyər verir, hörmət edir. Vətən sağ olsun".

İndi Sabir Mirzəyev Əsgər Ailələrinə Dəstək İctimai Birliyinə qatılıb və eyni acını paylaşan başqa ailələrə dəstək olur:"Mən qəbul etmişəm, qadınlar isə çətin qəbul edir. Anası indi də pis vəziyyətdədir. O günləri biz çox çətin yaşadıq. Sonra Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı bizi yanına çəkdi, birlikdə əsgər ailələri ilə, qazilərlə işlədik. Elə insanları gördük ki, atasız qalan uşaqlar gördük ki, öz dərdimiz yadımızdan çıxdı. Ölüm haqdır, hamımız gedəcəyik, ancaq onlar nahaq getməyib. Arzumuz odur ki, şəhidlərin adlarının əbədiləşdirilməsi həyata keçirilsin. Bütün şəhid ailələrinin adından xahiş edirəm ki, şəhid ailələrinin adının əbədiləşdirilməsi barədə qərar verilsin. Məktəbin, bağçanın, küçənin və sairin adı şəhid adına olsun. Biz bununla yaşayırıq. Biz şəhidlərə təşəkkürümüzü ancaq Qarabağda bayrağımız dalğalananda bildirəcəyik. Biz Qarabağı qaytarmamalıyıq, Qarabağ yerindədir. Biz özümüz Qarabağa getməliyik, orada həyatımızı qurmalıyıq, oranı inkişaf etdirməliyik. Şəhidlərimizin qisası alınmayıb, onların qarşısında xəcalətliyik, kədərliyik. Arzu edərdik ki, hamı vətən uğrunda əlindən gələni etsin".

"Musavat"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2627   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel