Boyumuz qısalır - Düzgün qidalanmamaq...

Boyumuz qısalır - Düzgün qidalanmamaq...Düzgün qidalanmamaq, lazım olduğu qədərdə kalori qəbul etməmək bir sıra problemlərə yol açır. Bu problemlərdən biri də boy qısalığıdır. Bir neçə əsr əvvəllə müqayisədə insanların boyunun artdığı deyilsə də, ekspertlər daha öncəki illərə baxdıqda bunun əksinin müşahidə olunduğunu söyləyir.

Sonxeber.az Sputnik Azərbaycan-a istinadən boy qısalığı, onun səbəbləri, dünyada ən hündür boylu əhaliyə sahib ölkələrlə Azərbaycanı müqayisə edib.

Endokrinoloq Nərmin İsmayılova açıqlamasında bu problemin yaranma səbəblərindən danışıb: "Uşaqlarda boy qısalığının səbəblərini öyrənmək üçün mütləq onda endikrinoloji xəstəliklərin olub-olmamasını araşdırmaq lazımdır. Çünki qalxanvari vəzinin funksiyası aşağı olduqda da boy qısalığı problemi yaranır. Bundan başqa, qida çatışmazlığı, düzgün və keyfiyyətli qidalanmamaq, həmçinin "fast food"a, un məhsulları və şirniyyata daha çox üstünlük verilməsi boyun inkişafını ləngidir. Çünki boyun normal inkişafı üçün uşaq lazımı qədərdə vitaminlər, kalsium qəbul etməlidir. Boyun inkişafı üçün bədənin lazım olduğu qədərdə D vitamini zəngin olması da önəmlidir".

Ekspert son illər ölkəmizdə də bu problemin 30 faizədək artdığını söyləyir. O bildirir ki, bu problemin yaranmasında boy artımına təsir edən hormonların əskikliyi, genetik faktorların da təsiri danılmazdır: "Ailədə atanın boyunun normada olması uşağın da hündür boy olacağı demək deyil. Çünki uşağın boyu həm atanın, həm də ananın genindən asılıdır".

Qeyd edək ki, yeni doğulan körpənin boyu 1 ildə 24 sm, 1-2 yaş arası olanlarda 12 sm, növbəti illərdə isə 5-6 sm artmalıdır. Yeniyetməlik çağlarında isə qızlarda boy 15-20 sm, oğlanlarda isə 20-25 sm artır.

Ekspertlər isə deyir ki, əgər uşağın boyu illik 5 santimetrdən çox artmırsa, bu zaman mütləq həkimə müraciət edilməlidir.

Qeyd edək ki, bu gün dünyanın ən hündürboylu əhalisi olan ölkələr Hollandiya, Finlandiya, Montoneqro və Bosniya və Hersoqovinadır. Montenoqroda kişilərin orta boy ölçüsü 183.4 sm, Finlandiyada 180.7 sm, Bosniya və Hersoqovinada 181.7 sm, Hollandiyada 180.8 sm-dır. Dünyanın ən hündür boylu qadınları isə Monteneqro və Bosniya və Hersoqovinada yaşayır. Monteneqroda qadınların orta boy ölçüsü 169.4, Bosniya və Hersoqovinada isə 169.4 sm-dir.

Qeyd edək ki, Azərbaycanda kişilərin orta boy ölçüsü 171.8 sm, qadınlarda isə 165.4 sm-dır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1332   Tarix: 21 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021