Elina cinayətində Meydan TV və Xalidə Bayramova əməkdaşlığı… - VİDEO

Elina cinayətində Meydan TV və Xalidə Bayramova əməkdaşlığı… - VİDEOBakı şəhəri 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən atılıb, intihar edən məktəbli Elina Hacıyevanın ölümü ətrafında müzakirələr səngimək bilmir. İstintaq gedir. Cəmi bir nəfərin, məktəb direktorunun ev dustağı olması barədə qərar çıxarılıb. Bu həm ədalətlidir, həm ədalətsiz. Ədalətlidir ona görə ki, hadisə məktəbdə baş verib. O, xanım direktor olub. Uşağa ehtinasız, diqqətsiz yanaşıb. Hadisədən sonra da bağışlanmayacaq səhvlər, günahlar törədib. Cəza almalı idi. Ədalətsizdir ona görə ki, direktor, cəza almalılar arasında ən zəif bənd idi. O mənada ki, həkimlər Səhiyyə Nazirliyinin, hadisə yerində olan Səbail rayon icra başçısının müavini Xalidə Bayramova idarəçilik orqanlarının himayəsində qaldı. Bircə təhsil naziri direktor haqda ədalətli qərar verdi, öz kadrının müdafiəsindən və himayəsindən məhz günahı olduğu üçün əl götürdü. Həkimlər hələlik susur, məsələ ilə bağlı adı hallanan Səbail icra başçısının birinci müavini Xalidə xanımsa danışıb. Danışıb deyəndə ki, yazılı müraciət yollayıb. Hara və kimə?! Ölkədə bu qədər media strukturu arasında Meydan TV-ni seçib. Müraciəti oxuduqca adam heyrətə gəlir. Ölkədə az qala özünü ədalət "simvoluna" çevrən Meydan TV-nin mövqeyinə, həm də xanım müavinin fikirlərinə. O müraciətdə dedikləri haqda media adamı olaraq xanım Bayramovaya, onu müdafiə edənlərə, müraciəti yayıb, sualları verməyən meydançılara, çoxlu suallar var…

- Meydan tv müraciətdə yaranan sualları Xalidə Bayramovaya niyə verməyib?

- Xalidə xanım Meydan tv ilə üzvü olduğu siyasi komanda arasındakı münasibətdən xəbərdardırmı? Onu Azərbaycanın qara piarçısı Meydan TV-yə aparan hansı səbəb olub?

-Xalidə xanım müraciətində deyir ki, belə hadisələrdə sonradan şəffaflığı təmin etmək üçün telefona çəkmək təcrübəsi var. Maraqlıdır, bu günəcən neçə olayı çəkib?

-Bu hadisədən sonra Səbailin icra başçısı ona işdən getməyi təklif edibmi? Edibsə cavabı nə olub?

-Xalidə Bayramovanın müdafiəsinə qalxanlar, xüsusən hakim YAP-dan deputat Aydın Mirzəzadə onu müdafiə edərkən düşünmədimi ki, o, partiyasının susub müşahidəyə üstünlük verən liderinə qarşı getdi və bu kənardan çox eybəcər göründü?

- Xalidə xanımın çəkilişində əks olunan səs, "inşallah sağ qalmaz" deyən kimin idi və kimi nəzərdə tuturdu?

-Xalidə xanım deyir ki, xəstəxanada olub, maraqlıdır hansında, toksikologiyada, yoxsa travmotologiyada?

-Xəstəxanada sadəcə müşahidə etmədim deyən Xalidə xanım, görəsən uşaq səhv xəstəxanaya yönəldiləndə niyə susub?

- O həkim uşağın ailəsinə yalanı sizin yanınızdamı deyib Xalidə xanım?

-Ümumiyyətlə, ailənin aldadılmasını bilirdinizmi? Bilirdinizsə niyə susdunuz? Bilmirdinizsə niyə tələb etmədiniz ki, real vəziyyəti onlara desinlər?

-Can verən uşaq həkimlərə yalan məlumat verən vəzifə sahibi olan qadınları söz deyə bilsə də satmayanda, çox, lap çox maraqlıdır, Xalidə xanım və ordakı digərləri az da olsa xəcalət çəkiblərmi?

-Elinanı zarıyan, yaralı, kimsəsiz görəndə ana, qadın, insan olaraq Xalidə xanımın gözündən bircə gilə də olsa yaş gəlibmi?

-Uşağın xəstəxanaya getməsinə iki saat maneçilik törədilib. Niyə göz yummusunuz ki, Xalidə xanım?

-Çoxdan düşünürdüm, Meydan tv təkcə xaricdəki yox, həm də Azərbaycandakı xeyli adama öz məqsədi üçün lazımdır. Elina cinayətində üzə çıxan bu detalı istintaq nəzərə alır və araşdırırmı?

-Xalidə Bayramovaya, dövlət qulluğunda olan birinə, "Meydan TV-yə get" məsləhətini hansı "dostu" verib?

-Hamının agzina məsələ ilə bağlı az qala "qapaq vuran" istintaq, prokurorluq nə əcəb, Xalidə xanımın Meydan tv ilə əməkdaşlığına mane olmayıb?

-Xalidə xanım, uşağın yıxılmağını gizlədənlərə ortaq, həkimləri zəhərlənmə səbəbi ilə aldadanlarla çiyin-çiyinə necə dözdünüz? Vicdanınızı necə susdura bildiniz?

-Uşağa psixotrop tabletka verilməsi iddiası nə qədər həqiqətə uyğundu Xalidə xanim? Deyirlər hələ uşağa narkoman adı qoyulsun deyə birini də çantasına qoyub kimsə? Düzdürmü?

-Xalidə xanım, siz "həsribasma dolanıb gəlməklə", yəni mediaya cıxışınızı dövlətə, dövlətçiliyə qarşı guya ən sərt söz deyən Meydan TV-dən başlamaqla, nə demək istədiniz? Azərbaycanda media strukturu yalnız Meydan Tv-dən ibarətdir, yoxsa siz özünüz də onlardan olduğunuz üçün belə etdiniz?

-Xalidə xanım niyə hamıya əvvəl "mən deyiləm" deyib, indi ordakı qadının siz olduğunu etiraf etdiniz? Yalan nəyə lazım idi?

-Özünüzü sudan quru çıxarmaq istəyirsiniz, guya günahınız yoxmuş, safsınız. Xalidə xanım siz Elinanın ruhu qarşısında da saf və vicdanlısınızmı?

Yeni Müsavat


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4525   Tarix: 22 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17 aprel
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

Əcnəbi vətəndaş Əhməd Vəliyevin kürəkənini məhkəməyə verdi

"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev məhkəməyə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçı Abdul Ghafar adlı şəxsdir. İş hazırda apellyasiya mərhələsindədir. Birinci məhkəmə instansiyası iddianı təmin etmədiyindən Abdu

18 aprel
.

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18 aprel
.

Marketdən 8 min manatlıq spirtli içki oğurlandı - ANBAAN VİDEO

Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 800 manat dəyərində spirtli içki oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərl

18 aprel
.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

Beşinci sinifdə tərk etdikləri məktəbə 36 il sonra belə qayıtdılar: Onlarla birlikdə şəhid də gəldi - VİDEO

4 keçmiş şagird 36 il sonra onların sosial həyata ilk addımlarını atdıqları, yıxılıb durduqları, ağlayıb güldükləri doğma məktəbə gediblər. Hər gün avtobus dayanacağından məktəbə tələsənlər bu gün heç tələsmədən xatirələrini yada salıblar. Bu gün 4 nömrəli məktəbdə dərs zənginin səsi gəlmir. Həmin məktəbi

18 aprel
.

Başlıbel qətliamından 31 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib

18 aprel