Qadın taksi sürücüsü: "Kişi kollektivində çalışmaq möhtəşəm hissdir" – Foto, Video

Qadın taksi sürücüsü: "Kişi kollektivində çalışmaq möhtəşəm hissdir" – Foto, VideoOnunla telefonla danışıb, sabahı gün saat 12.00-y görüş aldım. Dedi ki, rahat olması üçün elə hava limanına gəlim. Danışıb, razılaşdıq. Ertəsi gün görüşdük. Xoş, incə, məlahətli bir xanım idi.
Əvvəllər qadınların sükan arxasında olmağı xüsusilə kişilər tərəfindən birmənalı qarşılanmırdı. İndi isə qadınlar kişi peşəsi hesab edilən taksi sürücülüyü ilə də məşğul olurlar. Təranə İbrahimova taksi sürücüsü kimi hava limanında "Baku Taxi"-də çalışır. Onunla avtomobilində söhbətləşirik.

Bir aydan çoxdur ki, "London" taksisində çalışan Təranə İbrahimova sputnik.az-a deyir ki, işə başladığı ilk günlərdə bir qədər çəkinirmiş. Çünki hamı ona bu işin qadın işi olmadığını, planı yığa bilməyəcəyini deyirmiş.

Ancaq özündə güc tapan qadın heç kəsə qulaq asmır və qarşısına məqsəd qoyur ki, o bu işi bacaraq və bacarır da.

"Ailədə 4 qardaşın tək bacısı olduğu üçün hər zaman kişi peşələrinə daha meylli olmuşam. Maşın sürməyi isə çox sevirəm. 15 ilə yaxındır ki, maşın sürürəm. Öz şəxsi maşınım da var idi. Keçən il satdım. Bu işdən əvvəl bir həkimin şəxsi sürücüsü idim. O işim də gözəl idi" – deyə xanım taksi sürücüsü bildirir.

Təranə xanımın sözlərinə görə, ümumiyyətlə avtomobil sürməklə bağlı olan bütün işləri sevir: "İnternetdə elanı görüb müraciət etdim. Hamı deyirdi ki, ağır işdir, bacarmazsan. Ancaq mənim çətin işlərdən xoşum gəlir. Bu maşına 20 günə öyrəndim. İndi artıq avtomobilə adaptasiya olmuşam. Bu işi sevirəm".

Sürücü qadın əlavə edib ki, işə yeni başlayanda bir qədər yollarda problemlər yaşayıb: "Təzə başlayanda yolları, xüsusən hotelləri yaxşı tanımırdım. Belə olanda iş yoldaşlarım mənə kömək edirdi. Mən naviqasiyaya inanmırdım. Amma indi şəhərin 70 faizini tanıyıram. Heç bir problem yaşamıram".

T. İbrahimova əcnəbi turistlər yaşadığı maraqlı hadisələrə də toxunub: "Mən çox zaman əcnəbi turistləri hotellərə aparıram. Azərbaycanlı sərnişinlər çox az olur. Ötən günlərdə bir əcnəbini hava limanından hotelə aparırdım. Turistin pulunun qalığını qaytaranda dedi ki, "mən belə dürüst olmağınıza təəccübləndim". Əcnəbilər taksi sürücülərindən narazılıq etmir".

T. İbrahimova bu işi seçəndə uşaqları ilə də narazılıqlar yaşayıb. Dediyinə görə, qızı onun bu işdə işləməsini istəmirmiş: "Ona izah etməyə çalışırdım ki, bu yaxşı işdir. Mən hava limanında çalışıram. Yolda dayanıb sərnişin gözləmirəm. Bundan başqa, fəaliyyətim bütün sosial şəbəkələrdə paylaşılır. Heç kim mənfi rəy yazmır. Mən bu işdən yorulmuram. İmkan olsa, gecə-gündüz çalışaram".

Təranə xanım deyir ki, qadının "London" taksisi sürməyi şəhər əhalisi tərəfindən də xoş qarşılanır: "Bəzən baxıram ətrafa hamı xoş təbəssümlə yanaşır. Taksi sürücüsü olan qadınlar görmüşəm. Amma mən "London" taksisində çalışan tək qadınam. Bu da hamının diqqətini çəkir".

Təranə xanım kişi həmkarlarl tərəfindən ona böyük yardımların edildiyini də etiraf edir.

"Bəzən olur mənim müştərim olmur, digər sürücülər mənə öz müştərilərini verirlər. Bəzən öz növbələrini mənə verirlər. Kişi kollektivində tək qadın olub çalışmaq möhtəşəm hissdir" – deyə həmsöhbətim qeyd edir.

Sağollaşıb ayrılıram. Ətrafda olan sürücülər elə bilir ki, mən də sürücü kimi çalışmağa gəlmişəm, qışqırırlar: "Təranə, artıq tək deyilsən, həmkarın gəlib, təbriklər…"

minval.info
Qadın taksi sürücüsü: "Kişi kollektivində çalışmaq möhtəşəm hissdir" – Foto, Video


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1572   Tarix: 22 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Telegram"da tezliklə 16 yeni funksiya olacaq

"Telegram"ın həmtəsisçisi və baş direktoru Pavel Durov mesencerdə tezliklə 16 yeni funksiyanın görünəcəyini açıqlayıb. Onun sözlərinə görə, yeni funksiyaların əksəriyyəti artıq tətbiqə inteqrasiya olunub, lakin hələ ki istifadəçilər üçün əlçatan deyil. Durov son yeniləmə ilə birbaşa mesencerd

16 aprel
.

Şəhid anası vəfat etdi

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Mahirə xanım Naxçıvanda vəfat edib. Qeyd edək ki, MAHHXHQ Məhərrəmov Mais Füzuli oğlu 1982-ci ildə Şahbuz rayonunda anada

16 aprel
.

Banklar bağlanan zaman əmanətlərin sonrakı aqibəti NECƏ OLUR? - AÇIQLAMA

Azərbaycanda bankların bağlanmasına əsas səbəbi bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Bir sıra bankların bağlanmasına vətəndaşlar arasında təşvişin yaranmasına səbəb oldu

16 aprel
.

Paşinyan: ""Artsax" sovet dövründə elit restoran olub- başqasından xəbərim yoxdur..."-VİDEO

Paşinyan gənclərlə son görüşlərindən birində "Artsax" sözünə istehza edib. xəbər verir ki, bu haqda məlumat və video-görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb. "Paşinyan "artsax" sözünü ələ salır, onun sözlərinə görə, "artsax" sovet dövründə İcevand

16 aprel
.

Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb

Baş Nazir Əli Əsədov "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin "Stepanakert şəhərind

16 aprel
.

Milyarder Fərhad Əhmədovun şirkəti yenə cərimələndi

Teymur Əhmədov adına "AzNar" QSC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icr

16 aprel
.

Qeyri-etik paşlaşımlar edən "Semka" ləqəbli tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü

16 aprel
.

Bakının üç rayonunda qaz olmayacaq

"Dübəndi" QPS-də "Dübəndi əlaqələndirici" qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmi

16 aprel
.

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

Xəbər verdiyimiz kimi, 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən 6-sı kənd məktəblərində təhsil alanlardır. "Qafqazinfo" xəbər verir ki, onlar öz təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər. "Arzusu Bak

16 aprel