10 min dollardan yuxarı kreditlərə güzəşt gözlənilir? – Ekspert FİKRİ

10 min dollardan yuxarı kreditlərə güzəşt gözlənilir? – Ekspert FİKRİBu gündən problemli kreditlər üzrə kompensasiyaların verilməsinə başlanılmalıdır. Bəs, görəsən, gələcəkdə 10 min dollardan yuxarı olan kreditlərə hər hansı güzəştlər gözlənilirmi?

Sonxeber.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov verdiyi açıqlamada faktiki olaraq problemli kreditlərin həlli ilə bağlı fərman mütərəqqi addım olsa da, ancaq müəyyən nöqsanların olduğunu söyləyib.

Ekspertin sözlərinə görə, dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşən hər hansı proqramda bütün vətəndaşların hər hansı formada yararlanma imkanı olmalıdır:

"Ancaq 10 min dollara qədər kreditlərə güzəştin verilməsi ilə, 10 min dollardan yuxarı olan kreditlərə güzəştlərin verilməməsi bu istiqamətdə neqativ elementlərdən biri olaraq yadda qaldı. Əhalinin müəyyən bir qismi o proqramdan yararlana bilmədi. Bu kontekstdən məsələyə yanaşsaq düşünürəm ki, hökumətin növbəti addımlarında bu çatışmamazlıq aradan qaldırılacaq. Çünki burada vergi ödəyiciləri var, insanlar dövlət büdcəsinə vergi ödəyirlər. Dövlət büdcəsindən maliyyələşən hər hansı bir güzəştə dəstək kampaniyası olursa, insanların bərabər şəkildə bu kampaniyalardan yararlanma imkanı olmalıdır. Bizdə olan məlumatlara görə, hazırda 10 min dollardan yuxarı kreditlərə güzəştin verilməsi məsələsi müəyyən çevrələrdə müzakirə olunur. Amma güzəştin olması və ya olmaması, qərarın necə qəbul olunacağı hələlik bəlli deyil. Bu daha çox növbəti dövrlərdə hesablanmış xərclərin həcmindən asılı olacaq".

Gülnarə Eynullaqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4504   Tarix: 22 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021