"Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki..." - Siyavuş Novruzov
"Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh və digər yollarla ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həl oluna bilər".
Sonxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında YAP icra katibinin müavini Siyavuş Novruzov söyləyib.
S. Novruzov Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan və hazırlanan sazişlə bağlı yersiz fikirlər səsləndirildiyini bildirib:
"Xaricdəki və daxildəki müəyyən qüvvələr bağlanacaq sazişlə bağlı xalqı çaşdırmağa çalışırlar. Azərbaycanda aparılan islahatlar həm daxildə, həm də xaricdə olan müəyyən qüvvələri narahat edir, müxtəlif ittihamlar irəli sürürlər. Hətta öz aralarında dava salıb, hökumətin üzərinə atmağa çalışırlar".
Spiker Oqtay Əsədov Avropa İttifaqı ilə sazişin Azərbaycan üçün vacib olduğunu qeyd edib:
"Bizim üçün ən vacib məsələ sazişdə Azərbaycanın ərazi bütövlüyünün əksini tapmasıdır və bu əksini tapıb. Bu sazişin imzalanmasına ən çox mane olmağa çalışan Ermənistandır. Sazişdə bizitm üçün vacib olan Dağlıq Qarabağ və ticarət məsələsidir. İnşaallah, bu saziş mayın 13-də imzalanacaq".
Aysel Yusifqızı
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş