Korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş müşavirə keçirilibBakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısının apardığı çoşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. O, Prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün istifadə etməli, ən vacibi isə bütün işlərini "təmiz əllərlə" görməlidir.

İcra hakimiyyətinin başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.

Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov bildirib ki, dövlətimizin başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədi ilə Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir. Eldar Əzizov liftlərin qiyməti haqqında ictimaiyyətə konkret məlumat verilməsinin vacibliyini vurğulayıb və şəffaflığın təmini üçün gələcəkdə bütün müqavilələrin və alınan malların qiymətlərinin ictimaiyyətə açıqlanacağını bildirib. Məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda yol verilən bəzi neqativ hallara toxunan icra başçısı bu ilin sonuna kimi bağçalarda elektron qəbul formasına keçiddən sonra bu sahədə də şəffalığın təmin ediləcəyinə əmin olduğunu vurğulayıb.

Eldar Əzizov paytaxtda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri barədə məlumat verərək paytaxtdakı məhəllələrin təmiri və abadaşdırılması işlərində çox fəal olduqları və böyük işlər gördükləri üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və onun rəhbəri olduğu İDEA təşkilatına minnətdarlığını bildirib.

İcra başçısı yaxın gələcəkdə şəhərdə aparılacaq işlər və şəhər təsərrüfatındakı islahatlar barədə də geniş məlumat verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 840   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021