Gömrüyün "monopoliya əfsanəsi" yenidən iş başında - Əbülfəz Məlikov qayıtdı

Gömrüyün "monopoliya əfsanəsi" yenidən iş başında - Əbülfəz Məlikov qayıtdıDövlət Gömrük Komitəsində sonuncu sədr dəyişikliyindən sonra, yəni, Səfər Mehdiyevin DGK-ya rəhbər təyinatının ardından qurumda müəyyən dəyişikliklər həyata keçirildi. Həmin dəyişikliklərin ən diqqətçəkəni isə gömrük əməliyyatlarında ölkəyə mal gətirən sahibkarlarla dövlət arasında vasitəçilik edən broker şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması oldu. Yazımızın qəhrəmanı, bir vaxtlar gömrüyün "monopoliya əfsanəsi" adlandırılan Əbülfəz Məlikovun günəşi də məhz həmin dalğada söndürüldü.

Sfera.az-a daxil olan son məlumatda isə Əbülfəz Məlikovun yenidən "dirildiyi" və gömrük əməliyyatlarında əvvəlki qədər olmasa da müəyyən rol alması haqda iddialar var. Daxil olan informasiyada bildirilir ki, son vaxtlara qədər şəxsi biznesini idarə etməklə baş qatan Əbülfəz Məlikov yenidən brokerlik fəaliyyətinə qayıdıb. Belə ki, bəzi mal və məhsulların, əsasən də, ərzaq və dərman preparatlarının, sement və digər tikinti materiallarının ölkəyə keçirilməsində Əbülfəz Məlikova müəyyən imkanlar tanınıb.

Xatırladaq ki, bir vaxtlar Azərbaycana gətirilən bir sıra ərzaq məhsullarının, avtomobil ehtiyat hissələrinin, tikinti materiallarının və təkərlərin monopoliyasını həyata keçirən "Broker" MMC, bəzi hallarda isə "Trans Broker" MMC kimi adlanan şirkət əvvəlki ölçüdə olmasa da yenə həmin işlərin bir qisminə nəzarəti əlinə keçirə bilib.

Əbülfəz Məlikovla bağlı mediada yer alan səs-küylü iddialardan biri də pambıq tarlalarında çoxsaylı zəhərlənmələrə səbəb olmuş saxta gübrələrin ölkəyə gətirilməsindən milyonlar qazanmasıdır. Ümumiyyətlə isə daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına onun nəzarət etdiyi bildirilir. Eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsində də Əbülfəz Məlikovun böyük payçılardan olduğu iddiaları var.

Media üzərindən apardığımız araşdırmalar zamanı bir məqam da diqqətimizi cəlb etdi ki, Əbülfəz Məlikovun DGK-nin sədri Səfər Mehdiyevlə uzun illərə dayanan ortqlığı olubmuş. Belə ki, S.Mehdiyev DGK-da müavin olarkən tərəflər arasında ciddi işbirliyi varmış. Hazırda isə ölkədə aksizsiz siqaret biznesinin Əbülfəz Məlikova dövr edildiyi bildirilir. Qara bazarda aksiz markası olmayan siqaretlərin kütləvi şəkildə satılması fakt olsa da DGK-nin bu mövzudakı susqunluğu da gəzən söhbətlərin inandırıcılıq əmsalını yüksəltməkdədir.

Bildirək ki, 2006-cı ildən təsis edilən və tez bir zamanda monopolist şirkətə çevrilən "Trans Broker" MMC-nin qeyri-rəsmi sahibi Əbülfəz Məlikovla onun yaxın qohumu olan Anar adlı şəxsdir. Əvvəllər Əbülfəz Məlikovla "çiyin-çiyinə" çalışan bu şəxs hazırda beynəlxalq əlaqələr üzrə menecer statusunda Azərbaycanda qazanılan milyonlarla vəsaiti ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlaka yatırması haqda ölkə mətbuatında iddialar yer almaqdadır.

Bəs, kimdir bu Əbülfəz Məlikov?

Adı zaman-zaman mediada şübhəli və kriminal əməllərdə hallanan Ə.Məlikov öz bioqrafiyasını nə qədər gizli saxlasa da, həyatının xronoloji ardıcıllığı bəradə mediaya məlumatlar sızıb. Sfera.az yerli mediada müxtəlif zamanlarda dərc olunmuş yazlılara istinadla bildirir ki, Əbülfəz Məlikovun böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə başlayıb. Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan Ə.Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb. Əhəd ağa isə bir neçə il öncə ləğv edilən "RoyalBank" Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Azərbaycan KİV-də yayılan məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır. Əhəd ağa ilə "Shams al Sahra FZJO" şirkətinin 50 faizinin payının məxsus olduğu Mənüçöhr Əhədpur Xənqanın əslində eyni adam olduğu bildirilir. Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilir.

"Onun "Royalbank" vasitəsi ilə İrandan çirkli pulların yuyulmasında fəal iştirakı barədə də məlumatlar var. Güman ki, ilkin kapitalı da məhz çirkli pulların yuyulmasından qazanıb. Əbülfəz Məlikov sonradan Azərbaycandakı iri məmurların siqaret biznesini yönəldib. Burada etimad qazana bildiyindən daha sonra onu siqaret fabrikinə direktor təyin ediblər. Bundan sonra isə Əbülfəz Məlikov 2006-cı ildə yaradılan "Trans Broker" MMC adlı quruma rəhbərlik etməyə başlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6380   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polisdən oğrulara zarafat kimi təklif! Bunu eşidənlər təəccüblənir

Kanadanın Toronto şəhərində ev və avtomobil oğurluğu artdığından, keçən ay "Etobicoke" bölgəsində təhlükəsizlik iclası keçirilib. xarici mənbəyə istinadən xəbər verir ki, bu görüşdə polis məmuru Marko Ricciardi vətəndaşlara evdə oğurluğun baş verməməsi üçün açarlarını tapa biləcəkləri yerd

18 mart
.

Ruhi deputat olmaq istəyir - Qənirə Paşayevanın yerinə - ViDEO

Biznes-ledi Ruhiyyə Əliyevanın (Ruhi) növbəti parlament seçkilərində deputatlığa namizədliyini verəcəyi barədə iddialar ortaya atılıb. Bu barədə Tovuzdan olan fəallar sosial şəbəkə hesablarında məlumat veriblər. Onların sözlərinə görə, Ruhi Əliyeva 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizədliyin

18 mart
.

Bayramda bu küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağına yaxın küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə təhlillər aparıb. xəbər verir ki, bu barədə nazirliyə istinadən xəbər verir. Təhlillərə əsasən, böyük piyad

18 mart
.

Xankəndi yolundakı qəzada xəsarət alan PFL prezidenti yenidən əməliyyat olundu

Xankəndi şəhəri istiqamətindəki yolda avtomobil qəzası nəticəsində ağır xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunub. Bu barədə "Report"a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. O, əməliyyatın uğurlu keçdiyini bildirib:

18 mart
.

Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI

Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasından APA-ya bildirilib ki, azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb

18 mart
.

1071-ci ildən əvvələ işarə var: Türklər nə vaxt gəlib? - Müzakirə başladı

Türk tarixi ilə bağlı maraqlı müzakirə başlayıb. Bütün tarixi və arxeoloji tapıntılar göstərir ki, türklər 1071-ci ildən çox əvvəl Anadolunu özlərinə vətən ediblər. xəbər verir ki, sənətçi Orhan Gencebayın "Türklərin Anadoluya 1071-ci ildə gəldiyini deyirlər. Bu yalandır, inanmayın. Anadoluda tariximi

18 mart
.

Bərdədə azyaşlı qızı it dişlədi

Bərdədə 7 yaşlı uşağı it dişləyib. APA-ya istinadla xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib. Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə rayon mərkəzi xəstəxanasın

18 mart
.

Səhiyyədə süni intellekt: Depressiya və intihar düşüncələri...

Taylandda süni intellekt texnologiyası depressiya və intihar düşüncələri olan insanlara kömək etmək üçün istifadə olunur. -in xəbərinə görə, bu barədə "Bangkok Post" qəzeti yazır. Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi İdarəsi (NHSO) tərəfindən istifadə edilən "AI DMIND" adlı sün

18 mart
.

İlaxır çərşənbədə 13 dərəcə isti olacaq

Martın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağ

18 mart