Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı - FOTO

Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı - FOTOUlu öndər Heydər Əliyevin imzaladığı ilk Prezident Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) tibb xidməti baş leytenantı şəhid Gültəkin Əsgərovanın anası pedaqoji elmlər namizədi, "Şəhid anaları" Xeyriyyə Cəmiyyətinin sədri Rəfiqə Əsgərova bu gün hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, vida mərasiminə Müdafiə Nazirliyinin rəsmiləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

Mərasimdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin başsağlığını mərhumun ailəsinə çatdırıb.

Tədbirdə şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanımın ömrünün sonunadək ölkədə vətənpərvərlik işinin təşkilində fəal iştirak etdiyindən, dəfələrlə cəbhə bölgəsində olduğundan, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun yüksəldilməsi naminə apardığı məqsədyönlü işlərdən söhbət açılıb. Qeyd olunub ki, Rəfiqə xanım həmişə deyərdi: "Oğlum, qardaşım olmasa da, bir qızım vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalsa da, Azərbaycan əsgəri kimi yüzlərlə, minlərlə igid oğul tapmışam və onların da çiyinlərində bu dünyadan köçəcəyəm".

Milli Məclisin deputatı Adil Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova, Gültəkin Əsgərovanın döyüş yoldaşı tibb xidməti polkovniki Xudu Xuduyev və başqaları çıxış edərək qəhrəman övladı kimi şəhid anasının da unudulmayacağını qeyd ediblər. Rəfiqə xanımın himayəsində böyüyən nəvəsi, şəhid qızı Əminə bu ağrılı, üzüntülü gündə onların kədərinə şərik olanlara, eləcə də nənəsinin arzusunu yerinə yetirərək onu hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınmasını təşkil edən Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şəhid Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova Yasamal qəbiristanlığında dəfn olunub.
Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı - FOTOŞəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5757   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021