Yaz fəslində dəriyə düzgün qulluq — VİDEO

Yaz fəslində dəriyə düzgün qulluq — VİDEOMövsüm dəyişərkən dəriyə qulluq qaydasını da dəyişmək lazımdır. İqlim dəyişdikcə dərimizin ehtiyacları da dəyişir. Yaz aylarında dərimizin daha həssas və allergik olduğunu nəzərə alsaq, xüsusilə, dəri baxımına ehtiyac duyduğumuzu anlaya bilərik. Soyuq qış aylarında üz dərisinə tətbiq olunan kimyəvi pilinq və digər aqressiv prosedurları daha yüngülləri ilə əvəzləməyin zamanıdır.
Həmçinin yaz fəslində dəri daha çox yağ "istehsal" etməyə başlayır. Bir çox kremlər dərinin yağ balansının tarazlığını pozaraq sızanaqların yaranmasına səbəb ola bilər. Qış fəslindən sonra dəri yorğun, solğun və susuz görünə bilər. Qış fəslində üz dərisi daha çox quruyur, çünki üz bədənin ən qorunmayan hissəsidir. Qış küləyi üz üçün xüsusilə təhlükəlidir, dərini qurudaraq daha həssas hala gətirir. Nəticədə dəri daha həssaslaşır və soyulur.

Yaz insan dərisi üçün ən çətin fəsil sayılır. Vitamin çatışmazlığı, havanın mənfi təsiri və bir çox başqa amillər də dərimizə təsir edir. Qışdan yorğun çıxan dərimizin qidalanmaya ehtiyacı var. Buna görə də, baharın başlanğıcı ilə dəriyə xüsusi diqqət yetirmək vacibdir.

Dərini günəş şüalarına hazır olub-olmadığını bilmək lazımdır. Hər bir qadın təbii gözəlliyə və təmiz dəriyə sahib olmaq istəyər. Həm də yaz fəsli canlanma və istirahət fəslidir. Təmiz havada dərinin yaxşı nəfəs alması üçün sadə və az makiyaj etmək məsləhətlidir. Makiyaj dəridəki problemləri gizlətməklə yanaşı, daha ciddi problemlərə yol aça və illərlə davam edə bilər. Həmçinin günəş şüalarının dəriyə təsiri nəticəsində piqmentasiya artımı olur. Bu fəsildə qadınların dərisindəki problemlərin üzə çıxdığı və onların bu problemlərə qarşı mübarizə apardıqları bir fəsildir.

Yazda üz dərisini əsasən ultrabənövşəyi günəş şüalarından qorumaq lazımdır. Ultrabənövşəyi şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir, dərinin buynuz qişası qalınlaşır və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələr yaranır. Xüsusilə, günəş şüasına həssas olan dərini ultrabənövşəyi şüalardan qorumaq lazımdır. Açıq dərili qadınlar yazda daha ehtiyatlı olmalıdırlar. Çünki qaraşın xanımlardan fərqli olaraq, açıq dərili xanımların dərisində qoruyucu faktor azdır. Amma bütün qadınlar ultrabənövşəyi şüalardan qorunmalıdırlar. Həm də nəzərə almaq lazımdır ki, ultrabənövşəyi şüalar dəriyə ləkə salmaqla yanaşı, müxtəlif dəri törəmələri də yaradır. Buna görə də evdən çölə çıxarkən günəşdən qoruyucu kremdən istifadə olunmalıdır.

Günəşdən qoruyucu kremlərin faktorları fəsildən və dəridən asılı olaraq seçilməlidir. Payızda və qışda daha az faktorlu, digər fəsillərdə isə yüksək faktorlu kremlərdən istifadə məsləhətlidir. Ləkəyə meylli olanlar da üzlərinə yüksək faktorlu kremlər çəkməlidirlər. Açıq rəngli dəriyə malik olanlar da daha yüksək faktorlu kremlərdən istifadə etməlidirlər.

Yaşdan və dərinin tipindən asılı olaraq üzə qulluq da müxtəlif olur. Yağlı dəri ilk növbədə təmiz saxlanmalı və yüngül pilinqlərlə təmizlənməli, dərinin nəmlik balansını artıran aparat prosedurlarından həkim təyinatı ilə yararlanmaq məsləhətdir. Dəri nə qədər çox təzələnirsə, bir o qədər gözəl və cavan olur.

Ümumiyyətlə, kosmetologiyada dəri probleminə uyğun olaraq müalicə və qulluq prosedurları da fərdi yanaşma tələb edir. Gündəlik həyatımızda qarşılaşdığımız stres, əsəb daxili orqanlara mənfi təsir göstərir. Dərinin gözəlliyi də birbaşa daxili orqanlarla əlaqədar olduğu üçün əsəb, həm də dərimizdə müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Normal yuxu, stresdən uzaq həyat, doğru qidalanma dərimizin də gözəl qalmasına səbəb olur. Bəzi dəridə yaranan sızanaqlar, ləkələr daxildən gələn problemdir. Buna görə də daxildən gələn problemi həll etmək lazımdır.

Əziz xanımlar, xüsusilə qeyd edək ki, əllərə üzə qulluq edildiyi kimi diqqət ayrılmır. Yuyucu toz və sabundan istifadə edərkən əlcək geyinilməlidir. Əllər üçün nəzərdə tutulan xüsusi maska və skrablardan da istifadə edilməlidir. Mütləq əllər üçün də nəmləndirici prosedurlardan istifadə etməli, soyuqdan və istidən qorumalıyıq. Əl də ən azından üz kimi qulluq tələb edən, hətta üzdən fərqli olaraq daha çox yıpranmaya meyllidir.

Siz də ilin hər fəslində baxımlı və təravətli dəriyə sahib olmaq istəyirsinizsə, VİP STYLE Estetik Klinikasına müraciət edərək, diaqnostikanın nəticələrinə əsasən müvafiq müalicə və qulluq prosedurlarından məmnuniyyətlə yararlana bilərsiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 979   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Xərçəngə qalib gələn pəhriz kəşf edildi

Avstraliyanın Deakin Universitetinin alimləri müəyyən ediblər ki, bitki mənşəli qidalar, süd məhsulları, balıq və qoz-fındıq əsasında pəhriz təkcə xərçəngin inkişaf riskini azaltmır, həm də xərçəng xəstəliklərində orqanizmdəki iltihabı azaldır. Tədqiqatın nəticələri "European Journal of Clinica

17 mart
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

İnsan orqanizmində 12 cüt kəllə-beyin mərkəzləri var, onlardan 5-i ağız boşluğunda yerləşir. Bu nöqtələrdə masaj xidməti sağlamlığa çox müsbət təsir göstərir. xəbər verir ki, isti dəsmalla masaj etmək limfalarda qan dövranını yaxşılaşdırır, bioloji aktiv nöqtələri stimullaşdırır, dişlərin ağız və selikl

24 mart
.

Arıqlamaq üçün vacib olan "toxluq molekulları"nı necə yaradaq?

Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi "toxluq molekulları" əmələ gətirir. Bənzər bir maddə "Metformin" adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur. Qan şəkərinə nəzarət etmək üçün metmorfi

23 mart
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

7 aprel
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31 mart
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14 aprel
.

Bu şəxslərdə uzaq səfərə çıxarkən qəfil ölüm riski daha çox olur

Uzaq məsafələrə səfər edərkən hansı insanların qan laxtalanması riskinin kimdə olduğunu açıqlayıb. -ə istinadən xəbər verir ki, kardioloq İqor Vidiaskin uçuşlar və ya digər səfərlər (avtobusla, qatarla) zamanı trombların əmələ gəlməsi ilk növbədə yaşlılara, hamilələrə, eləcə də kök insanlarda qəfil ölm

26 fevral
.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. xəbər verir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadının bətnindəki uşaq daim böyüyür və onu kifayət qədər yerlə təmin etmək üçün qadı

14 aprel
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14 aprel