Bakıda it küçənin ortasında qadını sürüdü - VİDEO (18 +)

Bakıda it küçənin ortasında qadını sürüdü - VİDEO (18 +)Bakıda qadın sahibli itin hücumuna məruz qalıb.

Sonxeber.az-ın məlumatına görə, Minval.info xəbər verir ki, hadisə ötən ilin dekabr ayında Nobel prospektində NZS qəsəbəsinə gedən yolun üzərində baş verib.

Bu barədə saytımıza məlumat verən zərərçəkmiş Xoşqədəm adlı xanım bildirir ki, aldığı xəsarətlərə görə itin sahibi ona maddi yardım etməyib.

"Elçin adlı şəxsin iti mənə hücum etdi. Əvvəlcə, müalicələrim üçün 180 manat köməklik göstərdi. Sonra nə qədər telefonuna zəng vursam da, onu axtarsam da müxtəlif bəhanələr gətirirdi. Allahımıza and olsun, həkimə getməyə pulumuz yoxuydu. Qohumlar müalicə almağıma kömək etdi" – İtin hücumuna məruz qalan xanım deyir.

Şikayətçi bildirir ki, evə getdikdən sonra Elçinin mobil telefonuyla özünü Mirağa kimi təqdim edən şəxs ona zəng edib: "O, mənə hədə-qorxu gəldi, təhqir etməyə başladı. Deyirdi, "mən onun yiyəsiyəm, Mirağayam Saatlıdan. İtdir də, olub da, qəsdən üstünə cumdurmayıb ki…" Ən ağır söyüşlərlə ailəmi və məni təhqir etdi. Qohumlarıma zəng vurdum, polisə də müraciət etmişəm".

Xoşqədəm xanımın redaksiyamıza təqdim etdiyi videodan aydın görmək olur ki, orta yaşlı kişinin köməyi ilə itin hücumundan qurtula bilib. Lakin o, hadisə nəticəsində ciddi xəsarətlər alıb. Xoşqədəm xanım itin sahibinin və onu təhdid edən şəxsin məsuliyyətə cəlb olunmasını istəyir.

Məsələni diqqətdə saxlayacağıq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2672   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021