Dostu Sevda və atası ilə bağlı HƏR ŞEYİ AÇDI: Verdiyi əzabı yadına salsın və... - FOTO

Dostu Sevda və atası ilə bağlı HƏR ŞEYİ AÇDI: Verdiyi əzabı yadına salsın və... - FOTOXəbər verdiyimiz kimi, müğənni Sevda Yəhyayevanın ögey atası Xoşqədəm Hidayətqızının verilişinə çıxaraq müğənni haqqında şok ittihamlar səsləndirib. O, qızının həyat yoldaşını əlindən aldığını, yaşadığı evin qapısını isə qıfıllayaraq onu küçəyə atdığını iddia edib.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Sevda Yəhyayeva danışmasa da, onun yaxın dostu Pərviz Əsgərov geniş açıqlama verib. Pərviz Əsgərov qeyd edib ki, Sevda xanıma qarşı səsləndirilən ittihamlar tam absurddur:

"Sevda xanımla 11 il işləyən, daim evində olan və ən yaxın dostu kimi rahatlıqla əmin edə bilərəm ki, o insan heç vaxt Sevdaya qarşı xoş münasibət göstərməyib. Verilişdə səsləndirdikləri ağ yalandır. Efirdə deyir ki, 15 həftə Sevdanı "Yeni ulduz" müsabiqəsinə aparıb-gətirmişəm. Necə aparıb-gətirib ki, o, müsabiqə vaxtı ATV-yə avtobus və metro ilə tək gedib-gəlirdi. Elə yaxşı insandırsa, niyə Sevda ilə anası mağazada işləyəndə əzab verirdi, qışda soba istifadə etməyə qoymurdu? Elə yaxşı insandırsa niyə doğma övladları ona sahib çıxmır. Sevda məşhurdur və pulu var deyə üstünə gəlməlidir?

Sevdanı hamı tanıyır, necə xasiyyəti olduğunu bilir. Onu səmimi və tərbiyəli olduğuna görə xalq sevir və məclislərinə dəvət edirlər".

Pərviz Əsgərov müğənninin anasına xidmətçi kimi yanaşmadığını da dilə gətirib:

"Sevda xanım heç vaxt anasına qarşı o düşüncəylə yanaşmayıb. Həmin şəxs efirdə deyir ki, anasını evə qulluqçu kimi aparıb. Sevdanı həyat yoldaşımla dəfələrlə Amerikaya dəvət etmişik, amma anasını müalicə etdirdiyi üçün gəlmir. Hamı da yaxşı bilir ki, Sevda anasına və ailəsinə qarşı necə bağlı insandır. Amerikaya köçənə kimi Sevda ilə işləmişəm, biz hər məclisdən çıxanda anası zəng edib nə vaxt gələcəyimizi soruşurdu və bu hal indi də davam edir. Sevda ilə anası bir-birinə o qədər bağlıdır ki, "anasını evinə qulluqçu kimi aparıb" sözü absurddur.

Sevda ilə işlədiyi müddətdə onun daim anası ilə bir yerdə yaşadığını görmüşəm. Və mən o insanı heç vaxt Sevdagildə görməmişəm. Onun Sevda ilə anasına işlədiyi dükanda verdiyi əzabı yadına salsın, utansın. O şəxsin Bakıda evi yoxdur. O vaxt Qobuda Sevdagildə yaşayıb".
Dostu Sevda və atası ilə bağlı HƏR ŞEYİ AÇDI: Verdiyi əzabı yadına salsın və... - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 8207   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Brilliant Dadaşovadan ÜZÜCÜ XƏBƏR

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub. xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:. "Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdə

7 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021