"Rüşvətxor məmurlar ölkəni talan ediblər" – Hafiz Hacıyev OD PÜSKÜRDÜ
Xəbər verdiyimiz kimi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terasların genişləndirilməsi layihəsi həyata keçirilir.
Məsələ ilə bağlı Sonxebera.az-a Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev açıqlama verib.
Hafiz Hacıyev açıqlamasında söyləyib ki, tarixi abidələrə zərər vurmaq qətiyyən yolverilməzdir:
"Bu insanlar puldan ötrü dədələrinin qəbrlərini də satmağa hazırdırlar. Tarixi abidələrə zərər vuranlar Azərbaycan xalqının keçmişini unutdurmaq istəyirlər. Görünür ki, kimlərsə Azərbaycan xalqının keçmişini silmək, unutdurmaq istəyir. Ona görə də bu kimi yollara əl atırlar. Ancaq böyük səhvə yol verirlər. Bizim tarixi abidlərimiz, milli adət-ənənələrimiz, keçmişimiz qorunub saxlanılmalıdır. Əgər qoruya bilməsək, gələcək nəsillər tariximiz haqda heç nəyi bilməyəcəklər".
Hafiz Hacıyevin sözlərinə görə, Eldar Əzizov bu məsələyə reaksiya verməlidir:
"Mənim qardaşım İlham Əliyevin bu məsələdən xəbəri yoxdur. Qardaşımın xəbəri olarsa, dərhal reaksiya verəcək. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bu məsələdə diqqətçil olmalı və dərhal reaksiya verməlidir. Korrupsioner və rüşvətxor məmurlar ölkəni dağıdıb talan ediblər, onsuzda bir şey qalmayıb. Artıq tamahlıq edib tarixi abidələrin yerinə obyektlər tikdirirlər.".
Qeyd edək ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumatda qeyd edilib ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.
Gülnarə Eynullaqızı
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 6042 Tarix: 25 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSabah 23 dərəcə isti olacaq
Aprelin 26-na gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 26-da Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinl
25 aprel 2019"Sevda ilə anası o kişinin marketində işləyib"
Müğənni Sevda Yahyayeva ögey atasının səsləndirdiyi ittihamlara cavab verib. Sənətçinin 11 illik prodüseri Pərviz Əsgərov "Qafqazinfo"ya açıqlama verərək məsələyə aydınlıq gətirib. O, həmin şəxsin "Səni axtarıram" proqramında yalan danışdığını qeyd edib:. "O, iddia edir ki, Sevd
25 aprel 2019Kredit götürdüyü pulu itirdi, yol polisi tapıb qaytardı - AZƏRBAYCANDA (FOTO)
Oğuzda Dövlət Yol Polisi əməkdaşları tapdıqları pul qabını sahibəsinin evinə aparıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, aprelin 24-də Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov şəhə
25 aprel 2019Valideynlərə xəbərdarlıq — Uşaqlarınızı bu oyundan qoruyun
Uşaqların çoxsaylı intiharlarına səbəb olan "Mavi Balina"oyunundan sonra uşaqlar üçün yeni daha təhlükəli "Momo" oyunu yaradılıb. "Ölkə.Az"a istinadən xəbər verir ki, "Watsapp" üzərindən oynanılan "Momo" oyunu uşaqlar və gənclərin həyatları üçün ris
25 aprel 2019Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir - FOTOLAR
Bakının Qara Qarayev prospektində yerləşən məşhur "Sevinc" kinoteatrı sökülmək üçün hasara alınıb. Ərazidə yaşayan sakinlər bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parking tikiləcək. Məsələ ilə bağlı Unikal.org-a açıqlam
25 aprel 2019Quskanın məhkəməsində ilginc ifadələr, milyonluq ittihamlar
Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəməyə hakim Həbib Həsənov sədrlik edib. xəbər verir ki
25 aprel 2019