Ekspertdən DİM-ə ETİRAZ

Ekspertdən DİM-ə ETİRAZ2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib.

Məsələ ilə bağlı Sonxeber.az-a təhsil üzrə ekspert Kamran Əsədov qabiliyyət imtahanlarının əleyhinə olduğunu söyləyib.

Ekspertin sözlərinə görə, təəssüflər olsun ki, uzun müddətdir qabiliyyət imtahanlarında rüşvətin olması barədə danışılır:

"Ancaq bununla bağlı hər hansı rəsmi açıqlama və ya göstərici yoxdur. Problem də elə bundadır. Mən qabiliyyət imtahanlarının əleyhinəyəm. Əvvəllər bu imtahanlar ayrı-ayrı ixtisaslar üzrə idi. Sonradan 5-ci qrupu yaradaraq bütün qabiliyyət tələb edən ixtisasların imtahanlarını bura keçirdilər. Bununla da yeni qaydalar yaratdılar ki, 5-ci qrupda iştirak edən 3-də iştirak edə bilər və s. Bu qaydaları o qədər qarışdırdılar ki, bütün abituriyentlər çaş-baş qaldı. Ümumiyyətlə, "qabiliyyət" sözü nə deməkdir? Qabiliyyətsiz insanın universitetdə nə işi var?".

Kamran Əsədov hesab edir ki, aktyorluq, rejisorluq, jurnalistika, musiqi alətlərində ifa və bu kimi digər ixtisaslar üçün əlavə qabiliyyət imtahanına ehtiyac yoxdur:

"Lütfəli Abdullayev, Nəsibə Zeynalova və onlar kimi məşhur sənətkarlar qabiliyyət imtahanı veriblər? Bizim neçə-neçə görkəmli jurnalistlərimiz olub. Onlar hamısı qabiliyyət imtahanı veriblər? Nə üçün jurnalist, rejissor qabiliyyət imtahanı verməli, ancaq həkim, müəllim belə bir imtahan verməməlidir? Həkim, ya müəllim qabiliyyətsiz olmalıdır? "Qabiliyyət" sözünü orfoqrafik lüğətdə axtarsaq, o sözün mənası elə təhqir mənasında gedir. Hətta birini təhqir edəndə deyirik ki, "Sən nə qabiliyyətsiz adamsan". Bu ixtisaslar arasında ayrı-seçkilik yaratmaqdır. Filankəs qabiliyyətli ixtisaslar qrupunda oxuyur, filankəs qabiliyyətsiz… Bunların hamısı səs-küy yaratmaq hesabına atılan addımlardır. İndiyə kimi görkəmli jurnalistimiz, aktyor və ya aktrisalarımız, rejissorlarımız olub. Onların heç biri qabiliyyət imtahanı verməyib axı. Qabiliyyət imtahanının ortaya atılması insanlarda əlavə problemlər yaradıb. İsti havada bütün məzunlar, abituriyentlər DİM -in əlində qalıblar. Dünya təcrübəsində heç vaxt belə bir şey tətbiq olunmayıb. Onlarda bir imtahan olur. Bu onların həm buraxılış, həm də universitetə qəbul imtahanı olur. Bizdə isə, 2-3 dəfə imtahan keçirilir ki, uşaqlar adicə bakalavr pilləsinə qəbul ola bilsin. DİM tərəfindən edilən dəyişiklik abituriyentlərə əlavə imkanlar açsa da, dizayn ixtisası üzrə əlavə rəqabət yaradacaq. Çünki yeni qaydalardan sonra Təsviri Sənət İxtisası üzrə qabiliyyətdən müvəffəqiyyətlə keçənlər Dizayn ixtisasını da seçə biləcək ki, bu da rəqabət mühitini artıracaq".

Gülnarə Eynullaqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2442   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021