Bakıda qadınlarla gizli görüşən biznesmen qorxuya düşdü - ŞOK FAKTLAR

Bakıda qadınlarla gizli görüşən biznesmen qorxuya düşdü - ŞOK FAKTLARSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun iş adamı Maqsud Mahmudova qarşı qanunsuz əməlləri açıqlanıb.

Sonxeber.az bildirir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, sabiq nazirin köməkçisi olan və MTN-də müxtəlif vəzifələrdə çalışan Vüqar Mahmudov antiterror mərkəzinin sabiq rəisi Elçin Quliyev, həmin mərkəzin sabiq rəis müavini İlqar Əliyev (həbs olunandan sonra istintaq təcridxanasında özünü asıb – red.), 1-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Azər Mehdiyevdən ibarət mütəşəkkil dəstə yaradıb.

2015-ci ilin iyulunda Mark Şamilovun sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudov ilə aralarında olan torpaq sahələrinin alqı-satqısı ilə bağlı mübahisənin həllinə köməklik göstərilməsi barədə antirerror mərkəzinin sabiq əməkdaşı Ramil Hümbətov və Azər Mehdiyevə müraciət edib.

Mark Şamilovun bu müraciətindən xəbər tutan İlqar Əliyev rəisi Elçin Əliyevə şifahi məruzə edib.

Beləliklə, monitorinq mərkəzi tərəfindən iş adamı Maqsud Mahmudovun külli miqdarda pul vəsaitlərini şantaj və digər qeyri-qanuni yollarla ələ keçirmək üçün onun iqtisadi fəaliyyəti, şəxsi həyatı barədə məlumatları ələ etməkdən ötrü mobil telefonu gizli qaydada dinlənilib.

Daha sonra Elçin Quliyev, İlqar Əliyev və Azər Mehdiyev tərəfindən 7 və 24 iyul 2015-ci il tarixlərdə Maqsud Mahmudov nazirliyə çağırılıb. Nazirlikdə Maqsud Mahmudovun ölkədən çıxmasını qadağa qoyulub. O, kommersiya fəaliyyəti, şəxsi həyatına dair məlumatlarla şantaj edilib, həmçinin Mark Şamilovun şikayəti əsasında həbs edilməklə hədələnib.

Bundan başqa, Elçin Quliyev və İlqar Əliyev Maqsud Mahmudovu başqa qadınlarla əlaqədə olduğunu, bu məlumatları həyat yoldaşına, intim əlaqədə olduğu qadınların ərlərinə çatdıracaqları ilə şantaj ediblər.

Bu hədələrlə Maqsud Mahmudovun 250.000 ABŞ dolları məbləğində əmlakını onlara verməsini tələb ediblər. Qorxuya düşən iş adamı onlara 120.000 ABŞ dolları verməyə razılıq verib.

Dəstə üzvü Azər Mehdiyev 2015-ci ilin iyul sentyabr ayları ərzində 6 dəfəyə Maqsud Mahmudovdan 120.000 ABŞ dolları alıb.

Həmin pul vəsaitini Azər Mehdiyev İlqar Əliyevə verib. İlqar Əliyev də pulları Elçin Quliyevə çatdırıb.

Bu pulun 70.000 ABŞ dollarını Elçin Quliyevdən Vüqar Mahmudov şəxsən götürüb. Qalan pullar isə dəstə üzvləri arasında bölünüb.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 11137   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021