Azərbaycan qəzaya düşən Formula-1 pilotuna cərimə ödəyəcək - Azad Rəhimovun oğlu açıqladı

Azərbaycan qəzaya düşən Formula-1 pilotuna cərimə ödəyəcək - Azad Rəhimovun oğlu açıqladı"Bizdə şəhər trası olduğundan orda 300-dən çox kanalizasiya lyuku var. Biz onların hamısını bərkidib, hər birini yürüşün startından bir neçə gün əvvəl yoxlamışıq".

Sonxeber.az-ın "championat.com" saytına istinadən məlumatına görə, bu sözləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.

Funksioner Bakıdakı yarışın ilk günündə yaşanan qəza barədə fikirlərini açıqlayıb. A.Rəhimov birinci sərbəst yürüş zamanı kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə ilişərək qəza ilə üzləşən "Uilyams" bolidinə dəymiş zərərin sığorta üzrə ödənəcəyini bildirib: "Bu halda isə problemi vizual olaraq görmək mümkünsüz idi. Problem aşağı hissədən qaynaqlandı, kanalizasiya qapağını saxlayan qarmaqlar pas atıb və nəticədə "Uilyams"la belə xoşagəlməz hadisə yaşanıb. Amma belə hallar olur. Biz birinci deyilik ki, bununla üzləşir, Monakoda da, Çində də, Malayziyada da belə olub. Yəni təkcə şəhər trasları deyil, treklərdə də yaşanıb. Təəssüf ki, bu dəfə belə halla biz üzləşdik. Bir neçə dəfə "Uilyams"dan üzr istədik. Komandaya dəymiş zərər sığorta üzrə ödənəcək. Söhbətin hansı məbləğdən getdiyini hələ bilmirik. Amma dəqiqdir ki, həmin zərər tamamilə ödənəcək. Baş verənlərdən sonra biz hər qapağı 4 dəfə yoxladıq. Mümkün olan hər şeyi bərkitdik. 100 faizlik etibarlılıq yəqin ki, heç yerdə yoxdur. Lakin biz 99,9 faiz təminat veririk. Bir daha belə hal yaşanmamalıdır". ONA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2975   Tarix: 27 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18 sentyabr 2021
.

Sərbəst güləşçilərimiz 7 medal qazandı - FOTO

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayı

4 sentyabr 2021
.

Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk

5 sentyabr 2021
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 12:39. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

Beyl uzun müddət futboldan kənar qalacaq

Madrid "Real"ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb. 32 yaşlı uelsli "Selta" ilə oyunöncəsi məşq prosesində zədə alıb. Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub. Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıx

14 sentyabr 2021
.

Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd

6 sentyabr 2021
.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021
.

"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç

12 sentyabr 2021