Azərbaycan Turizm Bürosunun (ATB) Gürcüstanda informasiya mərkəzi açılacaq.
Azərbaycan Turizm Bürosunun (ATB) Gürcüstanda informasiya mərkəzi açılacaq.
Sonxeber.az report-a istinadən xəbər verir ki, Gürcüstan bürosu xəbər verir ki, mərkəz paytaxt Tbilisinin mərkəzi Rustaveli prospektində fəaliyyət göstərəcək.
Hazırda mərkəzin yerləşəcəyi məkanda daxili interyerin təmiri aparılır. Məkanın fasadında Azərbaycanın turizm loqosu və "Fərqli baxışlarla yenidən bax" ("Take another look") sloqanının əks olunduğu lövhə yerləşdirilib. Lövhədə həmçinin Azərbaycana səyahət edən turistlər üçün lazım olan məlumatların cəmləndiyi saytın (Azerbaijan.travel) ünvanı və Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi də qeyd olunub.
Mərkəzin açılma tarixi hələ məlum olmasa da, onun builki yay turizm mövsümünə qədər istifadəyə veriləcəyi ehtimal olunur.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə "Report"a açıqlamasında bildirib ki, ATB-nin Tbilisidəki informasiya mərkəzində Azərbaycanın Gürcüstandakı tərəfdaş turizm şirkətlərinin nümayəndələri fəaliyyət göstərəcək: "Mərkəzdə Gürcüstan vətəndaşları və ölkəyə səfər edən əcnəbi ziyarətçilər Azərbaycanın turizm potensialı barədə məlumatlandırılacaqlar".
Qeyd edək ki, ATB Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərir. Büronun əsas məqsədi tərəfdaşlarla əməkdaşlıq edərək Azərbaycanın turizm sənayesinin rəqabətliliyini artırmaq və inkişafına dəstək verməkdir.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Turizm Baxılıb: 1229 Tarix: 29 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən artıq insan müraciət edib.
Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən artıq insan müraciət edib. -a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb
29 aprel 2019Azərbaycandan Meksikaya gələn turistlərin sayı artır.
Azərbaycandan Meksikaya gələn turistlərin sayı artır. report-a istinadən xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib. "2018-ci ildə Meksikaya Azərbaycandan 506 turist gedib, Meksikadan isə Azərbaycana 622 turist gəlib", - deyən diplomat 2017-ci il
29 aprel 2019Ötən ildən bu yana İrandan Azərbaycana gələn turistlərin sayı azalıb
İrandan Azərbaycana gələn turistlərin sayı 33% azalıb. Ötən ildən bu yana İrandan Azərbaycana gələn turistlərin sayı azalıb. Ümumilikdə, ötən il dünya üzrə İran turistlərinin sayı 53% azalıb ki, bu İrana qarşı tətbiq edilən sanksiyalarla bağlıdır. Bu il Azərbaycana gələn iranlı turistlərin sayı ötə
29 aprel 2019Ölkəmizə gələn turistlərin sayı 3%-dən çox artıb
Azərbaycana gələn əcnəbilərin sayı 3%-dən çox artıb. Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. ONA-a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlil
29 aprel 2019Azərbaycanda İşgüzar Tədbirlər Sənayesi Alyansı formalaşdırılır.
Azərbaycanda İşgüzar Tədbirlər Sənayesi Alyansı formalaşdırılır. Dövlət Turizm Agentliyindən ONA-ya verilən məlumata görə, bu məqsədlə aprelin 10-11-də Azərbaycan Konqreslər Bürosu ilə işgüzar tədbirlərin keçirilməsinə töhfə verə biləcək potensial tərəfdaşlar arasında görüşlər keçirilib. İrimiqyasl
29 aprel 2019