Naxçıvanda müalicə turizminin inkişafı üçün daha bir layihə reallaşdırılır.
Sonxeber.az Marja-a istinadən xəbər verir ki, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır.
Martın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə gəlmiş, kompleksin layihəsinə baxmışdır.
Məlumat verilmişdir ki, Darıdağ arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır. Bu məqsədlə ərazidə yeni kompleks inşa olunacaq, 4 mərtəbədən ibarət əsas korpusda otel və xidmət sahələri yaradılacaqdır. Burada qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Turizm Baxılıb: 1341 Tarix: 29 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAZAL və "Buta Airways"in reys tarixləri dəyişdirildi
2019-cu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, "Azərbaycan Hava Yolları" və "Buta Airways"in reyslərinin cədvəlinə dəyişiklik edilib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-ni
29 aprel 2019Mehmanxanaların sayı 600-ə yaxınlaşıb
a istinadən xəbər verir ki, bu ilin yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanda 596 mehmanxana müəssisəsi qeydiyyatdan keçib. 2018-ci il ərzində 33 yeni otel fəaliyyətə başlayıb, onlardan 15-i Bakıdadır. Bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər. Mehmanxanalarda eyni vaxtda 46,7 min nəfəri
29 aprel 2019Azərbaycan Turizm Bürosunun (ATB) Gürcüstanda informasiya mərkəzi açılacaq.
Azərbaycan Turizm Bürosunun (ATB) Gürcüstanda informasiya mərkəzi açılacaq. report-a istinadən xəbər verir ki, Gürcüstan bürosu xəbər verir ki, mərkəz paytaxt Tbilisinin mərkəzi Rustaveli prospektində fəaliyyət göstərəcək. Hazırda mərkəzin yerləşəcəyi məkanda daxili interyerin təmiri aparılır. Məkanı
29 aprel 2019Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən artıq insan müraciət edib.
Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən artıq insan müraciət edib. -a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb
29 aprel 2019Azərbaycandan Meksikaya gələn turistlərin sayı artır.
Azərbaycandan Meksikaya gələn turistlərin sayı artır. report-a istinadən xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib. "2018-ci ildə Meksikaya Azərbaycandan 506 turist gedib, Meksikadan isə Azərbaycana 622 turist gəlib", - deyən diplomat 2017-ci il
29 aprel 2019Ötən ildən bu yana İrandan Azərbaycana gələn turistlərin sayı azalıb
İrandan Azərbaycana gələn turistlərin sayı 33% azalıb. Ötən ildən bu yana İrandan Azərbaycana gələn turistlərin sayı azalıb. Ümumilikdə, ötən il dünya üzrə İran turistlərinin sayı 53% azalıb ki, bu İrana qarşı tətbiq edilən sanksiyalarla bağlıdır. Bu il Azərbaycana gələn iranlı turistlərin sayı ötə
29 aprel 2019