Ötən il Gürcüstana səfər edən turistlər arasında ən qənaətcil azərbaycanlılar olub.

Ötən il Gürcüstana səfər edən turistlər arasında ən qənaətcil azərbaycanlılar olub.Ötən il Gürcüstana səfər edən əcnəbi ziyarətçilər arasında ən az pul xərcləyənlər Azərbaycan vətəndaşları olub.

Sonxeber.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının illik araşdırmasında bildirilir.

Sənədə əsasən, Azərbaycandan olan turistlər qonşu ökədə orta hesabla 385 lari (143 dollar) xərcləyiblər. İllik müqayisədə xərclərdə 20 lari azalmanın qeydə alınmasına baxmayaraq, azərbaycanlı turistlər 2017-ci ildə olduğu kimi Gürcüstanda ən qənaətcil əcnəbilər adını qoruyub saxlayıb.

2018-ci ildə Gürcüstanda rusiyalı turistlər ən çox pul xərcləyiblər (1 326 lari / 492 dollar). Türkiyə və Ermənistandan olan turistlərin xərcləri isə müvafiq olaraq 923 lari (343 dollar) və 640 lari (237 dollar) olub.

Hesabat dövründə Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin ümumi xərcləri 7,9 mlrd. lari (3 mlrd. dollara yaxın) təşkil edib. Ziyarətçilər bir səfər ərzində orta hesabla 1 099 lari (408 dollar) xərcləyiblər. Xərclərin 28,6%-i qida və içkilər, 23,4%-i yerləşmə, 18,1%-i mədəni və əyləncə xidmətləri, 13,6%-i alış-veriş, 7,1%-i yerli nəqliyyata, 9,2%-i isə digər xidmətlərə sərf olunub.

Ötən il Azərbaycandan Gürcüstana səfər edənlərin 95,6%-i bu ölkəyə təkrar, 4,4%-i isə ilk dəfə səfər edib. Azərbaycanlı turistlərin gecələmə sayı orta hesabla 2,5 gün təşkil edib.

Gürcüstana səfər edən turistlər arasında ən populyar istiqamətlər Tbilisi (57%) və Batumi şəhərləri (51%) olub.

Qeyd edək ki, ötən il Gürcüstana Azərbaycandan 1 424 610 nəfər səfər edib ki, bu da illik müqayisədə 9,5% çoxdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1308   Tarix: 29 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

""Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" layihələri hazırlanır" - AÇIQLAMA

"Şanlı qələbəmiz tarixi ədalətin bərpası ilə yanaşı, Qarabağın turizm potensialından faydalanmaq imkanlarını açdı. Dövlət Turizm Agentliyi olaraq, digər dövlət qurumları ilə birlikdə Qarabağda turizmin inkişaf etdirilməsi planları üzərində işləyirik". Bu sözləri -a açıqlama verən Dövlət Turiz

9 iyul 2021
.

Türkiyədə səhiyyə turizmi bu tarixdən fəaliyyətə BAŞLAYACAQ

Mayın 20-dən etibarən səhiyyə turizmi çərçivəsində Azərbaycan da daxil olmaqla dünyanın 29 ölkəsindən Türkiyəyə xəstələrin gətirilməsinə başlanacaq. xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda qeyd edilir ki, gətirilən xəstələrin yanında ən çox iki nəfərin ölkəy

16 may 2020
.

Avia biletlərin sifarişi başlayıb. Avia bilet ala bilərsiniz

Artıq indi dünyanın istənilən şəhərinə səyahətinizi həyata keçirə bilərsiniz. Əvəllər bildiyiniz kimi Covid19 pandemiyasına görə bəzi uçuşlar ləğv olunmuşdu. Lakin indi yollar açıqdır. Avia bilet sifariş verib səyahət edə bilərsiz.Hətda yeni ili Balidə, Maldivdə keçirmək istəsəniz belə, bu artıq mümkündür

25 dekabr 2020
.

Yaxın illərdə Qarabağ Azərbaycan turizmində öz hegemonluğu ilə seçiləcək

İşğaldan azad edilmiş ərazilərin təhlükəsizliyi təmin olunduqdan və əsas magistral yollar çəkildikdən sonra Qarabağa böyük yerli turist axınının olacağı gözlənilir. Hazırda Qarabağımızın potensial 10 milyon nəfər yerli turisti var. -ın xəbərinə görə, bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib

6 dekabr 2020
.

Natia Turnava "Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır."

Gürcüstan hökuməti turizm sektoru ilə bağlı 10 maddədən ibarət təkliflər planı hazırlayıb. "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın "Business Media" nəşri yazıb. Sənəd Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağaya cavab olaraq tərtib olunub. Planın birinc

29 iyul 2019
.

Pandemiya dövründə azərbaycanlılar ən çox bu ölkələrə gedib

Azərbaycandan xaricə istirahət üçün gedənlər əsasən Türkiyə və Gürcüstana üz tutur. bildirir ki, bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib. C.Aşırov qeyd edib ki, quru sərhədlər bağlı olduğu üçün vətəndaşlar bu ölkələrə hava yolu ilə gedirlər:. "Azərbaycana 9 ölkədən gəlməyə icazə verilib

2 avqust 2021
.

İran və İraq arasında vizasız gediş-gəliş tətbiq ediləcək

İraqın Baş naziri Mustafa əl-Kazımi İrana rəsmi səfəri çərçivəsində ölkə prezidenti İbrahim Rəisi ilə görüşüb. xarici mətbuata istinadən xəbər verir ki, örüşdən sonrakı mətbuat konfransında İraq hökumət başçısı ölkələrin qarşılıqlı olaraq viza tələbini aradan qaldırdıqlarını bəyan edib. Kazımi builk

12 sentyabr 2021
.

Cennifer Lopezin sevgilisini soydular - VİDEO

Cennifer Lopezin sevgilisi, iş adamı Aleks Rodrigez yarım milyon dollarlıq qarətlə üzləşib. TMZ-nin məlumatına görə, hadisə ötən bazar günü San-Fransiskoda keçirilən "Giants" və "Phillies" komandaları arasında keçirilən beysbol oyunu zamanı baş verib. Aleks həmin oyuna şərhçi kim

14 avqust 2019
.

BƏƏ aviaşirkəti Abu Dabidən Bakıya birbaşa uçuşlara başlayır - FOTO

BƏƏ-yə məxsus "Wizz Air Abu Dhabi" aviaşirkəti bu gün Abu-Dabi – Bakı – Abu-Dabi istiqamətində aviareyslərə başlayır. xəbər verir ki, aviaşirkət bu gün Bakıya ilk aviareysini həyata keçirəcək. Yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq. Biletlər "

14 avqust 2021