Turistlər Qəbələ kimi daha çox yer istəyirlər

Turistlər Qəbələ kimi daha çox yer istəyirlərÖlkəyə gələn turistlər Qəbələ kimi daha çox yer istəyirlər
Yay mövsümü yaxınlaşdıqca yavaş-yavaş müxtəlif ölkələrdən Bakıya gələn turistlər gözə dəyməyə başlayır. Hər il ölkəyə gələn turistlərin sayı elan edilir. 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Başqa sözlə desək, bu rəqəm 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə, 2,9 faiz azdır. Gələnlərin 28,0 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.
Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1 faiz, Yaponiyadan - 32,5 faiz, Gürcüstandan - 22,9 faiz, Omandan gələnlərin sayı isə 17,4 faiz artıb.
Doğrudanmı, turizm bazarında zəiflik var?
Statistik göstəricilərin əksinə olaraq, bu il yay mövsümündə Azərbaycana üz tutacaq ərəb turistlərin sayının azalması deyil, daha da artacağı gözlənilir. Dünya ölkələrində də ən sevilən turistlər ərəblərdir. Onlar getdikləri bütün ölkələrdə sözün yaxşı mənasında turizm sektoruna bir növ dayaq verirlər.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov ötən həftə ölkəyə gələn turistlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə azaldığını göstərən statistik göstəricilərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ölkəyə gələn turist axınında heç bir azalma müşahidə edilmir:
"Statistik göstəricilər bu il Azərbaycana Səudiyyə Ərəbistanından, İran, İraqdan gələn turistlərin sayının azaldığını desə də, mən bunun tam əksini düşünürəm. Ölkəmizdə turizm sektorunda çox ciddi layihələr həyata keçirilir. Bu isə turistlərin marağını kifayət qədər çəkir.
Buna görə də ölkəyə gələn turistlər bir dəfə deyil, bir neçə dəfə istirahət üçün Azərbaycanı seçirlər. Mən sizə əminliklə deyə bilərəm ki, bu il yay mövsümündə Azərbaycana gələn turistlərin, xüsusi Səudiyyə Ərəbistanından olan turistlərin sayında iki dəfəyə yaxın artım olacaq.
Ötən ilin müvafiq dövrü ilə müqayisə edəndə özünüz də şahidi olacaqsınız. Bunun səbəbi isə AZAL Milli Aviasiya şirkətinin Səudiyyə Ərəbistanı bazarında daha aktiv işləməsi, birbaşa təyyarələrin sayını iki dəfəyə qədər artırmasıdır. Eyni qaydada Səudiyyə Ərəbistanından ölkəmizə uçan birbaşa reyslərin sayı 5-dən 10-a çatdırılacaq. Ümumiyyətlə, turizmin inkişafında AZAL-ın təşəbbüsləri kifayət qədər müsbət nəticələr verir".
N.Bağırov Səudiyyə Ərəbistanından Azərbaycana gələn turist axının bir səbəbini də oradakı səlahiyyətli səfirimizin fəaliyyəti ilə əlaqələndirib:
"Bilirsiniz, hər bir ölkəni xarici ölkələrdə layiqincə təmsil edən səfirlər var. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanında bir çox xarici ölkələrdə səfirlikləri var. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin aktiv fəaliyyəti sayəsində də nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir".
Azərbaycana gələn turistlər ölkəmizə heyran olsa da, narazı qaldıqları məqamlar da olur. N.Bağırovun sözlərinə görə, turistlər Bakı, Qəbələ, Quba, Qusar rayonlarına təkrar-təkrar getməkdən sıxılırlar:
"Bunun üçün yaxşı olardı ki, turizm sektorunu digər regionlarımızda da genişləndirək. Yeni əyləncəli yerlər, istirahət məkanları açılmalıdır. Əsas gileyləndikləri məqam regionlarda gedilə biləcək turizm marşrutlarının azlığıdır. Onlar Bakı, Qəbələ kimi çoxsaylı yerləri gəzmək istəyirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1461   Tarix: 29 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

2019-cu ilin 6 ayı ərzində Naxçıvandan Bakıya 10.037 sərnişin daşınıb.

2019-cu ilin 6 ayı ərzində Naxçıvandan Bakıya 386 reys edilib, 10 min 37 sərnişin daşınıb. "Report" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev bildirib. O, qeyd edi

29 iyul 2019
.

Dünyada koronavirusa yoluxanların sayı 50 milyon nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 50 milyon nəfəri ötüb. Trend-ə istinadən xəbər verir ki, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometer" portalında bildirilib. Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 50 090 612 nəfərə çatıb. Koronavirus

8 noyabr 2020
.

Tbilisidə ana və körpəsi koronavirusdan ÖLÜB

Tbilisidə Bokeriya adına klinikada 34 yaşlı qadın koronavirusdan vəfat edib. "Report"a istinadən xəbər verir ki, un yerli bürosu xəbər verir ki, o, ötən gün vaxtından əvvəl doğuşa görə xəstəxanaya daxil olub. Həkimlər ana ilə yanaşı körpənin də həyatını xilas edə bilməyiblər

7 may 2021
.

Koronavirusdan sağaldıqdan sonra tətilə yollanmaq istəyənlər üçün MÜHÜM XƏBƏR

Koronavirusdan sağalan insanlar uzaq ölkələrə yollanmaqdan çəkinməlidir. -ım TASS-a istinadən məlumatına görə, bu barədə rusiyalı infeksionist Vladislav Jemçuqov yay mövsümünün gəlişi ilə tətillərin planlaşdırılmasına münasibət bildirərkən tövsiyə verib. Onun sözlərinə görə, koronavirusa yoluxmuş insanları

13 iyun 2021
.

Türkiyədə səhiyyə turizmi bu tarixdən fəaliyyətə BAŞLAYACAQ

Mayın 20-dən etibarən səhiyyə turizmi çərçivəsində Azərbaycan da daxil olmaqla dünyanın 29 ölkəsindən Türkiyəyə xəstələrin gətirilməsinə başlanacaq. xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda qeyd edilir ki, gətirilən xəstələrin yanında ən çox iki nəfərin ölkəy

16 may 2020
.

Rusiyalı turistlər Gürcüstana Azərbaycan vasitəsilə gedə bilərlər

Rusiyanın Nəqliyyat Nazirliyi Gürcüstan aviaşirkətlərinin bu ölkəyə uçuşlarını iyulun 8-dən etibarən müvəqqəti olaraq dayandırdığını bəyan edib. Gürcüstan turizm istiqaməti olaraq ətraf ölkələrin diqqətini daima cəlb edib. Belə ki, turist axınının xeyli hissəsi Rusiyanın payına düşür. Bununla yanaşı

29 iyul 2019
.

Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ!

Dekabr ayı ərzində "SkyUp" və "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır. xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Xüsusilə də, "SkyUp"

5 dekabr 2020
.

Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI

Koronavirusun yayılması səbəbindən bir çox Avropa dövləti səyahət qadağaları tətbiq edir. Ancaq buna baxmayaraq, turistlər üçün giriş qaydalarını yumşaldan ölkələr də var. - a istinadən xəbər verir ki, "TRT Haber" həmin ölkələrin siyahısını təqdim edib. Danimarka 26 iyun tarixinə qədər Avrop

19 may 2021
.

Sloveniyadan peyvənd olunmadan gələn turistlər üçün karantin QƏRARI

Sloveniya hakimiyyəti pisləşən epidemioloji vəziyyəti olan ölkələrdən gələn koronavirus əleyhinə peyvənd edilməmiş bütün turitlər üçün məcburi karantin tətbiq edilməsi barədə qərar verib. -ın TASS-a istinadən verdiyi məlumata görə, karantin bütün epidimioloji vəziyyətin səviyyəsini bildirmək üçün istifad

20 iyun 2021