Bakı şəhərindən Almatıya birbaşa aviareys açıldı

Bakı şəhərindən Almatıya birbaşa aviareys açıldıBakıdan Almatıya birbaşa aviareys açıldı
"Azərbaycan Hava Yolları" Bakı-Almatı-Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirib. 
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Almatı hava limanında aviareysin açılması münasibətilə mərasim keçirilib.
Tədbirdə bildirilib ki, bu gündən etibarən AZAL-ın reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı "Airbus A319" tipli təyyarə ilə, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.
AZAL-ın marketinq kommersiya və istehsalat idarəsinin direktoru Fuad Yusifov bildirib ki, reysin açılmasına səbəb Azərbaycanın prioritet siyasətlərindən biridir:
"Bunun üçün turizm və iqtisadi sahədə hər iki dövlətlərarası əməkdaşlıq üçün birbaşa uçuşların olması vacibdir. AZAL-ın Almatı şəhərinə uçuşlar yox idi. İqtisadi və turizm sahəsi nəzərə alınıb və reysin açılması üçün qərar verilib. Fikrimcə, bu reys hər iki dövlət arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcək".
Almatı Qazaxıstanın "cənub paytaxtı" adlanır. Şəhər cənub paytaxtının bir növ "vizit kartı" olan inanılmaz gözəl qarlı dağlar - Alatau dağları platosunda yerləşir. Eyni zamanda, şəhərin özü geniş yaşıllıqlardan ibarətdir. Almatı gözəl istirahət və əyləncə üçün zəruri olan hər şeyə malikdir.
Fuad Yusifov qeyd edib ki, hər il müxtəlif ölkələrdə beynəlxalq turizm sərgiləri keçirilir:
"Aprelin 4-6-da Azərbaycanda turizm sərgisi keçiriləcək. Aprelin 17-19-da Almatı şəhərində turizm sərgisi olacaq. Ayın 17-də sərgidən sonra AZAL-ın təqdimat mərasimi baş tutacaq. Həm Azərbaycan, həm də Qazaxıstan tərəfindən turagentlər öz təkliflərini təqdim edəcəklər".
"Gediş-gəliş qiyməti 320 dollar təşkil edir", - deyə direktor qeyd edib.
Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərindən və www.azal.az saytından əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1637   Tarix: 29 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaşlı ermənidən etiraf: "Şuşa əhalisinin 96%-i azərbaycanlılar olub, Şuşa tarixi Azərbaycan şəhəridir" - VİDEO

Ermənilərin öz aralarındakı mübahisəsi marağa səbəb olub. Belə ki, bir qrup öz aralarında şiddətli şəkildə Şuşa şəhərinin kimə aid olmasını müzakirə ediblər. Onların arasında daha yaşlı olanları gənclərə başa salmağa çalışıb ki, Şuşa tarixən Azərbaycana məxsus, azərbaycanlıların yaşadığı və onların dədə-bab

13 fevral 2021
.

Natia Turnava "Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır."

Gürcüstan hökuməti turizm sektoru ilə bağlı 10 maddədən ibarət təkliflər planı hazırlayıb. "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın "Business Media" nəşri yazıb. Sənəd Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağaya cavab olaraq tərtib olunub. Planın birinc

29 iyul 2019
.

Gürcüstan turizmdən gəlirini artırıb.

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 1,5 mlrd. dollar təşkil edib. "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. İllik müqayisədə gəlirdə 95,4 mln. dollar və ya 7% artım qeydə alınıb. Yalnız iyu

29 iyul 2019
.

Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

"Numbeo" servisi 2019-cu ilin ilk yarısı üzrə dünyanın ən təhlükəsiz ölkələrinin və şəhərlərinin reytinqini dərc edib. "Report"-a istinadən xəbər verir ki, xidmətin ekspertləri dünyanın 123 ölkəsində və 328 şəhərindəki cinayətkarlıq səviyyəsini təhlil ediblər. Azərbaycan bu reytinqd

29 iyul 2019
.

Dünyada koronavirusa yoluxanların sayı 50 milyon nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 50 milyon nəfəri ötüb. Trend-ə istinadən xəbər verir ki, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometer" portalında bildirilib. Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 50 090 612 nəfərə çatıb. Koronavirus

8 noyabr 2020
.

Bu ölkədə xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb

Kuba rəhbərliyi adadakı pisləşən epidemioloji vəziyyətə görə xaricdən respublikaya gələnlər üçün məhdudiyyətləri sərtləşdirib. -ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə nazirliyinin Epidemiologiya departamentinin direktoru Fransisko Düran deyib. Xarici turistlər və Kuba vətəndaşlar

11 iyul 2021
.

Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ!

Dekabr ayı ərzində "SkyUp" və "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır. xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Xüsusilə də, "SkyUp"

5 dekabr 2020
.

Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv edib

Yunanıstanın mülki aviasiyası beş ölkənin vətəndaşlarını öz ərazisinə giriş məhdudiyyətlərindən azad etdiyi siyahıya salıb. Sonxeber.a xəbər verir ki, bu barədə "Greek City Times" bildirib. Agentliyin məlumatına görə, söhbət Azərbaycan, İordaniya, Moldova, Bruney və Ermənistan vətəndaşlarında

4 iyul 2021
.

İranda daha 432 nəfər koronavirusdan öldü

Son 24 saat ərzində İranda 9 min 450 nəfər koronavirusa yoluxub, 423 nəfər isə həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda virusa yoluxanların ümumi sayı 673 min 250 nəfər, ölənlərin sayı is

8 noyabr 2020