Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələrin sayı artıb
Dünya ölkələri vətəndaşlarının digər dövlətlərə vizasız giriş prinsipi üzrə illik təsnifatının hazırlanması ilə məşğul olan "Passport Index" pasportların növbəti reytinqini açıqlayıb.
"Finans.az" xəbər verir ki, reytinqə görə dünyanın ən nüfuzlu pasportu BƏƏ-nin hesab olunub. Bu ölkənin vətəndaşları 167 dövlətə vizasız gedə bilirlər.
Dubay əmirliyinin rəhbəri şeyx Məhəmməd bin Raşid əl Maktum bu məlumatı alqışlayaraq öz "Twitter" mikrobloqunda bunları yazıb:
"Dünya öz qapılarını BƏƏ xalqının üzünə açır".
Siyahıda ikinci yeri Sinqapur və Almaniya tutub. Bu ölkələrin vətəndaşları 166 dövlətə vizasız gedə bilirlər. Üçüncü yerdə Danimarka, İsveç, Finlandiya, Lüksemburq, Fransa, İtaliya, Niderland, İspaniya, Norveç, ABŞ və Cənubi Koreya qərarlaşıb. Bu adıçəkilən ölkələrin vətəndaşları 165 digər dövlətin ərazisinə vizasız giriş-çıxış edə bilirlər.
Azərbaycan reytinq siyahısında ötən illə müqayisədə 5 pillə irəliləyərək 65-ci yerdən 60-cı yerə yüksəlib. Belə ki, 2017-ci ildə Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız səyahət edə bildikləri halda, bu il onları sayı 71-ə çatıb. Azərbaycan 60-cı yeri Namibiya, Keniya və Kuba ilə bölüşür.
Reytinqə görə sıravi Azərbaycan vətəndaşları 34 ölkəyə vətəndaşlıq pasportu ilə gedə bilirlər. Digər 37 ölkənin isə sərhədində Azərbaycan vətəndaşlarına avtomatik viza verilir ki, bu da faktiki olaraq bu ölkələrə getmək üçün əvvəlcədən viza almaq tələb etmir.
Qonşu dövlətlərdən Rusiya 38 (116 ölkə), Gürcüstan və Türkiyə 39 (hər ikisində 115 ölkə), Ermənistan 63 (68 ölkə), İran isə 87-ci yerdə (42 ölkə) mövqe tutub.
Mənbə: report.az
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Turizm Baxılıb: 2201 Tarix: 30 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTurizm üçün 10 ən təhlükəli yerlərin siyahısı
Heç də bütün insanlar hər hansı ölkəyə istirahətə gedərkən orada səyahət etmənin nə dərəcədə təhlükəli olduğunun fərqinə varmır. " xarici KİV-ə istinadən xəbər verir ki, həyatınız üçün risklə ziyarət edəcəyiniz yerlərin TOP-10-luğu belədir:. 10. Ölüm dərəsi. Qaydalara əsasən turistlər özləri il
30 aprel 2019Bu çimərliklərdə sərxoş turistlər cərimələnəcək
Qoa hökuməti yaxın vaxtlarda çimərlik və turizm obyektlərində spirtli içki qəbul etmiş şəxsləri cərimə etməyə başlaya bilər. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Indian Exspress" nəşri məlumat yayıb. Bildirilir ki, cəriməni verməkdən imtina edə
29 aprel 2019Dubayda "Üzən Venesiya" adlı istirahət mərkəzi tikiləcək
a istinadən xəbər verir ki,Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Üzən Venesiya" ("Floating Venice") adlı böyük istirahət mərkəzinin tikilməsi nəzərdə tutulur. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 414 otaqdan ibarət olacaq dördmərtəbəli binanın birinc
29 aprel 2019Turistlərin ən çox maraq göstərdiyi parklar açıqlanıb
Turistlərin ən çox maraq göstərdiyi parklar açıqlanıb. Azərbaycanda turizm agentlikləri Milli Parklarla işləməyə maraq göstərmirlər. -ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib. H.Əlizadə Azərbaycand
29 aprel 2019Səyahət etməyə ən yaxşı istiqamətlər
"TripAdvisor" dünyanın ən yaxşı turizm istiqamətlərinin reytinqini tətbiq edib. "Traveller"s Choice" adlı tam siyahı servisin rəsmi saytında dərc olunub. İstiqamətlər istifadəçilərin milyonlarla rəyini, hotellərin, restoranların və gəzməli-görməli yerlərin reytinqini təhlil edə
29 aprel 2019Keşikçi Dağı Məbəd-Kompleksində açıq səma altında muzey yaradıla bilər
Tbilisidə Gürcüstan-Azərbaycan sərhədində yerləşən David Qareci məbəd kompleksinin (Keşikçi dağı məbədi) inkişaf strategiyasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Report-a istinadən xəbər verir ki, yerli bürosu xəbər verir ki, tədbiri Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi
29 aprel 2019Ciddə istiqamətində müntəzəm reyslərə aviabiletlər artıq satışdadır.
Bakıdan Ciddə istiqamətində müntəzəm reyslərə aviabiletlər satışa buraxılıb. Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları"nın (AZAL) saytında Bakı-Ciddə-Bakı (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) istiqamətində reyslərə aviabiletlər satışa buraxılıb. Birbaşa uçuşlar aviaşirkətini
29 aprel 2019Bakı şəhərindən Almatıya birbaşa aviareys açıldı
Bakıdan Almatıya birbaşa aviareys açıldı. "Azərbaycan Hava Yolları" Bakı-Almatı-Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirib. . -a istinadən xəbər verir ki, Almatı hava limanında aviareysin açılması münasibətilə mərasim keçirilib. Tədbirdə bildirilib ki, bu gündən etibarən AZAL-ın reyslər
29 aprel 2019