Dollar bahalaşacaqmı? - Ekspertdən açıqlama

Dollar bahalaşacaqmı? - Ekspertdən açıqlamaSon zamanlar ölkəmizdə dolların kursu dəyişməz olaraq qalır. Hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Qiymətin uzun müddətdir ki, stabil qalması, yenidən bahalaşacağı ilə bağlı suallar ortaya çıxarır.

Məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda valyuta məzənnəsi dövlət tərəfindən tənzimlənir:

"Bu gün Azərbaycanda valyuta məzənnəsi hökumətin tənzimlənməsindən asılıdır. Ona görə də mən hesab etmirəm ki, yaxın vaxtlarda dollar bahalaşsın. Ümumiyyətlə, ilin sonuna qədər dolların bahalaşacağı, manatın dollar qarşısında ucuzlaşması gözlənilmir. Çünki buna səbəb olan amillər yoxdur. Bu amillər isə bir neçə haldan ibarətdir. Bildiyimiz kimi, manat Azərbaycan neftinin dünya bazarında qiymətindən və Azərbaycan hökumətinin valyuta ehtiyatlarından asılıdır. Hazırda neft 2013-2014-cü illərdəki kimi baha deyil, lakin ucuz da sayılmır. Digər tərəfdən isə, hökumətin valyuta ehtiyatları azalmır, aşağı sürətlə olsa da artır".

Ekspert həmçinin, manatın dolları üstələməsi üçün potensialın olduğunu da qeyd edib:

"Nəzərə alaq ki, manat hələ sərbəst dönərli valyuta deyil. Lakin, manatın dolları üstələməsi ehtimal edilə bilər. Yəni, bizim buna potensialımız var. Lakin bu potensialı reallaşdırmaq üçün ciddi addımlar atmaq, işləmək lazımdır. Hər bir valyutanın dəyəri onun ölkəsində istehsal olunan məhsulun dünyaya olan tələbatı ilə bağlıdır. Bu baxımdan götürdükdə nə zaman ki, manatın arxasında güclü istehsal dayanacaq , məhsulunu dünya bazarına çıxara bilən, rəqabət apara bilən sahibkarlar olacaq, o zaman manat öz sözünü deyə biləcək".

Afaq Rza


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1563   Tarix: 01 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel
.

Qızıl qiymətləri rekord səviyyəyə qalxdı

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib. "Ölkə.Az"ın məlumatına görə, spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşara

12 aprel