Formula-1: İtən baqajlar, sevimli pişik, cəzalanan çempion...

Formula-1: İtən baqajlar, sevimli pişik, cəzalanan çempion...Formula-1 üzrə SOCAR Azərbaycan Qran-prisi üçün Rusiyanın paytaxtı Moskvadan "Aeroflot" təyyarələri ilə Bakıya uçan 70 nəfərə yaxın şəxsin baqajı itib.

Sonxeber.az Report-a istinadən xəbər verir ki, bu barədə "Motorsport" portalında yer alan geniş məqalədə bildirilir. Bu cür porblemlər daha çox gecə reysləri zamanı baş verib. Zərərçəkənlər arasında "Alfa Romeo" komandasının pilotu Antonio Covinatsi də olub: "Şeremetyovadan Bakıya uçanlar özləri təyyarəyə əyləşirdilər, yükləri isə Moskvada qalırdı. Amma Covinatsi ilə bağlı hadisəni başa düşmək olar. Nitsadan gələn təyyarənin yükünü Bakı reysinə yükləmək üçün 1.5 saat vaxt lazım idi. Belə vəziyyətdə istənilən aviaşirkət baqajı itirə bilər. Üstəlik, pilotun əşyalarını elə həmin gün qaytardılar. Ona görə də Covinin incikliyi qalmadı. Digərlərinin isə bəxti gətirmədi. Bakıya aprelin 20-də gələn "Haas" komandasının əməkdaşlarının yükləri çərşənbə günü çatdırıldı. Çoxlu sayda jurnalist sıralama turunun keçirildiyi şənbə günündə yükləri üçün hava limanına getməli oldular".

Yazıda bildirilir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsinə görə Böyük Britaniyanın "Williams" komandasından qeyri-adi formada üzrxahlıq edib.

BŞH-dan "Williams" komandasının rəhbərinin müavini Kler Uilyamsa gül buketi və kənarları yanmış kağız parçasında mesaj göndərilib:

"Əziz Kler, BŞH adından bugünkü insidentə görə səmimi qəlbdən üzr istəyirik. Biz yardım etməyə həmişə hazırıq və bundan sonra da bu işin araşdırmasında əməkdaşlıq edəcəyik. Hələlik isə həftəsonunun qalan hissəsində uğurlar arzulayırıq. Bakı Şəhər Halqası komandası".

Müəllif yarış günlərində paddokda bir pişiyin peyda olmasına da diqqət çəkib: "Onun boynunu sığallayır, yemək verir və şəklini çəkirdilər. Buna görə də Formula-1-in onun çox xoşuma gələcəyi təəcüblü deyil. Pişik komandaların otaqlarında yatır, vaxtını xoş keçirirdi. "Toro Rosso"nun pilotu Aleksandr Albonun anası onu qucağına götürmüşdü. Etibarlı mənbədən bəlli oldu ki, o, pişiyi özü ilə aparmaq istəyib, ancaq həyat yoldaşının etirazı ilə üzləşib. Həyat yoldaşı deyib ki, xanımının evdə 5 pişiyi var. Üstəlik, bu pişiyin Bakıdan Londona aparılması üçün minimum 40 gün lazım olacaq. Qısası, Taylandda pişiklər müqəddəs sayılır. Aleksin anası isə yetərincə bacarıqlı qadındır. Ona görə də pişiyin aparılması istisna deyil".

Məqalədə 2016-cı ildə Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran-prisinin qalibi Niko Rosberqin paddok ərazisinə buraxılmamasına da toxunulub. Hazırda Böyük Britaniyanın "Sky Sports" və Almaniyan RTL telekanallarında şərhçi kimi fəaliyyət göstərən "Mercedes"in sabiq sürücüsü bu dəfə Azərbaycanda problemlə üzləşib: "Yəqin ki, Rosberqin bir neçə yarışda paddoka girmək hüququndan məhrum edilməsi barədə oxumusunuz. Bu hadisədə aydın olmayan məqamlar var, ancaq bir şeyi əminliklə demək olar: 2016-cı ilin dünya çempionu bir müddət əvvəl Şanxayda öz akkreditasiyasını onunla birgə paddoka keçmək üçün şəxsi operatoruna verdi. Bunu isə "Formula One Management"in təhlükəsizlik xidmətinin əməkdaşları gördü. Nikonun həmkarını yetərincə sərt formada ərazidən çıxardılar. Hətta Rosberq özü də heç nə edə bilmədi. Sonra nə oldu – fərqli versiyalar var. Bildirilir ki, sabiq pilotla ciddi söhbət aparılıb. Rosberqin birgə çalışdığı həmkarları isə pıçıldaşırlar ki, onun Bakı və Barselonda paddokda peyda olması pis qarşılanacaq. Qadağa isə Monakoda götürüləcək. Hər iki kanalın rəsmi mövqeyi belədir ki, Rosberqin Azərbaycan və İspaniyaya səfərləri öncədən planlaşdırılmayıb. Ancaq fakt faktlığında qalır: Niko Yutub videonu İbitsadan yükləyib".

Qeyd edək ki, 26 - 28 apreldə keçirilmiş SOCAR Azərbaycan Qran-prisinin qalibi "Mersedes"in pilotu Valtteri Bottas olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1391   Tarix: 02 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

F1 İtaiya Qran-prisi: Ferstappen və Hemilton yenə toqquşdu, Rikyardo qalib oldu

"Maklaren"in pilotu Daniel Rikyardo Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi olub. " "ya istinadən xəbər verir ki, çempionatın 14-cü mərhələsi lider Ferstappenin ikinci yerdə qərarlaşmış Hemiltonla toqquşaraq yarışı dayandırmaları ilə yadda qalıb. Finişə ikinci çatan qalibin komand

12 sentyabr 2021
.

Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk

5 sentyabr 2021
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

7 sentyabr 2021
.

MDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO

Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını

11 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021
.

Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd

6 sentyabr 2021
.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - FOTO

Şahmat üzrə "Champions Showdown: Chess 9LX" turnirinə start verilib. -ın xəbərinə görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrav

9 sentyabr 2021
.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021
.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021