"Maddi dünya uğur deyil, həyatda ən vacib olan..." - Leyla Əliyeva

"Maddi dünya uğur deyil, həyatda ən vacib olan..." - Leyla Əliyeva"Gənclər və mədəniyyətlərarası liderlik platforması sülh şəraitində yaşamağı daim təbliğ edir. Dünyanın bir çox ölkələrindən hamının məhz belə dünyamızı daha yaxşı etmək üçün görülən təşəbbüslər təqdirəlayiqdir".

Bunu Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə" adlı plenar sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mədəni fərqliliklər, müxtəliflər anlaşılma sayəsində hamımızın bəşəri dəyərlərlə bir araya gəlməyimizə səbəb olur: "Gənclərin özlərinin çoxsaylı şəbəkələrin yaradılması, bütün mümkün sərhədləri keçmək kimi bacarıq qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizəyə gənclər bəzən ideolist, romantiklər kimi baxır. Amma bu, çox tənqidi yanaşmadır. Gənclərin dialoqa olan yaxınlığı hamımızın sülhə və çiçəklənməyə gətirib çıxaracağı məqamdır".

Leyla Əliyeva qeyd edib ki, təhsil sadəcə bilik, məlumat və bacarıqları peşəkar inkişaf üçün mənsimsəməklə tükənmir: "Mənəvi təhsilin əldə olunması da vacibdir. Ailələr mühüm müəssisədir. Gənclərin sülhpərvər dünyada yaranmasında, dəyərlərin aşılanmasında, əməkdaşlıq və bütün bəşəriyyət üçün rəğbət və hörmətin səslənməsi üçün ümdə ünsürdür. Bu özü də boşluq və vakuum əfsuslar olsun ki, nifrət, qəzəb, zorakılıqla doldurulur. Eyni zamanda gəncləri müvafiq, doğru-düzgün təlim və tədrislə maarifləndirmək onların tam potensialının reallaşdırılması üçün çox vacib məqamdır. Çünki bu, gənc insanların tez öyrənmək və eləcə də tonlarla məlumat əldə etməyi üçün mühüm məsələdir. Onlar bizim ekologiya, ətraf-mühitin mühafizə olunmasında çox məlumatlıdırlar".

Vitse- prezident əlavə edib ki, gənclərin üzərinə həddindən artıq təzyiq qoyulmamalıdır: "Bəzən intellektual gənclər belə tam xoşbəxt deyillər. Biz gənclərə dəstək göstərərək daha yaxşı dünyanı yaratmağa nail olmalıyıq. Bunlar da gözəl bəşəriyyətdən zövq alıb ahəngdar dünyada yaşasınlar.

Bütün gənclərimiz inkişaf ünün lazımi şərait əldə etsinlər. Günümüzün gənclərinin ideyaları, innovasiyaları bizim gələcək planetimizi büsbütün dəyişib. Amma 617 milyona yaxın gənc hələ də riyazi bacarıqlı biliklərdən əfsus ki, məhrum olublar. Gənclər inkişafın təcəssümüdür. Hər bir nəslin gələcəyi əvvəlkilərdən daha qabacıl, humanitar, tolerant, açıq təfəkkürlüdür. Bu da tarixin təbii təkamülüdür. Gəlin, gənclərin öz enerjilərini qlobal problemlərin həllinə yönəldək, hamılıqla onlara dəstək göstərək. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin onu israf etməyək. Sözlər həllərlə daima müşayiət olunmalıdır. Unudulmayacaq bir məqam varsa, o da bizim hissiyatımızdır. Bu da hər bir insana verilib. Hər bir insan mühüm fərqə səbəb ola bilər, dayanıqlı, davamlı cəmiyyətin formalaşmasına səbəb ola bilər.

Beləliklə də, onların bəşəriyyətə olan baxışını müsbət mənada dəyişə bilər. Əziz dostlar, uşaqlar özləri birbaşa xeyirxah əməlləri etməyə meyillilidirlər. Maddi dünya heç də uğur, müvəfəqiyyət demək deyil. Həyatda ən vacib olan insanların təbəssümü, sağlamlığı, birliyi və bir-birimizi anlamaqdır. Təmənnasız şəkildə uşaqlara dəstək olmaq- hamınıza bunu diləyirəm". (qafqazinfo)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1524   Tarix: 03 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral
.

Xalq artisti: "Ulduz xəstəliyinə tutulublar, elə bilirlər ki, oxumasalar da, aktyordurlar"

"Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. "Alatava"da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyad

29 fevral
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Əməkdar artist 48 yaşında vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

20 aprel
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

Habil Əliyevin qızı: "Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar"

"Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər". Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib. -ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki

3 aprel
.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel