Birinci vitse-prezidentin köməkçisi: "Prezidentin fərmanı ilə..."

Birinci vitse-prezidentin köməkçisi: "Prezidentin fərmanı ilə...""Bu fərmanı strateji sənəd kimi qəbul etmək olar"

"Prezidentin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanın bir çox hissəsi sahibkarlığın inkişafına, onun maraqlarının qorunmasına və investisiyaların təşviqinə yönəlib. Fərmanda Prezident tərəfindən müxtəlif dövlət qurumlarına, təşkilatlara müəyyən tapşırıq və tövsiyyələr verilib. Bu tövsiyələr və tapşırıqlar həmin sahədə müxtəlif qanun, fərman və sərəncamların layihəsinin hazırlanması ilə bağlıdır. Sənəd bir çox məsələləri əhatə edir. Ona görə də bu fərmanı strateji sənəd kimi qəbul etmək olar".

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov "Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr" konfransında deyib.

G.Kərimov bildirib ki, fərmanda əksini tapan əsas məsələlərdən biri də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtsaslaşmış məhkəmənin yaradılmasının yer almasıdır:

"İxtisaslamış, hüquq cəmiyyətinin etimadını qazanmış və dərin biliklərə malik olan hakimlərdən ibarət olan məhkəmənin olması bu sahəyə bir hüquqi tarazlıq gətirəcək. Fərmanda eyni zamanda süründürməçilik və digər neqativ halların aradan qaldırılması məsələsi də öz əksini tapıb. Bunu təmin etmək üçün hakimlərin müstəqilliyinin təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin işinə müdaxilələrin qarşısının alınması, hakimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi və hüquq pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin labüdlüyü məsələsi də xüsusilə vurğulanıb. Prezidentin də qeyd etdiyi kimi aktiv ictimai burada öz rolunu oynamalıdır və biz həmin məsələlərdə bütün biznes və hüquq ictimaiyyətini aktiv olmağa çağırırıq. Sənəddə eyni zamanda elektron məhkəmə ilə bağlı məsələlər var və hüquqi müəyyənliyin gücləndirilməsinə xidmət edəcək Elektron Məhkəmə Sistemi də çox vacibdir. Ədliyyə Nazirliyində elektron məhkəmə sistemi ilə bağlı işlərin yekunlaşdırılması və həmin sistem daxilində də müxtəlif meyarlar əsasında və dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsasən məhkəmə qərarlarının effektiv axtarış sisteminin yaradılması da nəzərdə tutulub. Bu sistemin effektivliyi nəinki məhkəmə sistemi, hüquq ictimaiyyəti, istənilən şəxs üçün məhkəmə qərarlarının şəffaflığını, ardıcıllığını və əlçatanlığını təmin edəcək".(report.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1460   Tarix: 06 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021