Ermənilər 3 gün sonra Qarabağla bağlı şok addım atacaq - Mixaylov SENSASİON PLANI AÇDI

Ermənilər 3 gün sonra Qarabağla bağlı şok addım atacaq - Mixaylov SENSASİON PLANI AÇDIErmənistan 9 may faşizm üzərində qələbə günü münasibətilə keçiriləcək aksiyada Dağlıq Qarabağla bağlı şüarlar səsləndirməyə hazırlaşır.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, 9 may tarixi hər il faşizm üzərində qələbə günü kimi qeyd olunur.

Postsovet məkanında bütün respublikalar bu tarixdə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olanları yad edir və həmrəylik olaraq "Ölməz alay" yürüşünü keçirir.

Lakin ilk dəfə Ermənistan 9 may tarixini düşmənçilik simvoluna çevirməyə hazırlaşır. Belə ki, "Ermənistanın Ölməz alayı" ictimai təşkilatının rəhbəri Qoar Qumaşyan bu il İrəvanda keçiriləcək yürüşün dünyanın digər ölkələrindəki analoji yürüşdən fərqlənəcəyini açıqlayıb.

"9 mayda insanlar I Qarabağ müharibəsi və "aprel müharibəsi"nin "qəhrəmanlarının" şəkilləri ilə yürüşə çıxacaqlar. Ermənistanın faşizm üzərində qələbə günündə keçirəcəyi yürüş digər ölkələrdən bununla fərqlənəcək", - deyə o bildirib.

Yürüş təkcə İrəvanda yox, Gümrüdə, Vanadzorda, Kapanda, İcevanda və Azərbaycanın işğal altındakı Xankəndi şəhərində də keçiriləcək.

Rusiyalı konfliktoloq Yevgeni Mixaylov Ermənistanın addımının yanlış olduğunu, "Ölməz alay" yürüşünün mahiyyətinin dəyişdirilməsinin doğru olmadığını vurğulayıb.

"Bu yürüş faşizmə qarşı döyüşmüş insanların yad edildiyi mərasimdir, Qarabağda döyüşənlərin bura daxil edilməsi hörmətsizlikdir. Ermənistanın belə bir addıma hazırlaşması "Ölməz alay" ideyasına kölgə salmaqdır", - deyə o bildirib.

Yevgeni Mixaylov qeyd edib ki, Dağlıq Qarabağ müharibəsi əslində Azərbaycan torpaqlarının işğal edilməsi tarixidir: "Erməni qoşunları SSRİ-nin dağılması ərəfəsində Azərbaycan torpaqlarını işğal etdi. O vaxt Qarabağa dünyanın müxtəlif yerlərində yaxşı təlim keçmiş erməni və digər millətlərdən olan terrorçular toplanmışdı. Hədəf də Azərbaycan ərazisini işğal etmək idi. Bunun "Ölməz alay" ideyası ilə eyniləşdirmək məntiqsizlikdir".

Konfiliktoloq Ermənistanın bu addımla Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyini istisna etmir.

"Ermənistan rəhbərliyinin indiki addımlarını bəzən anlamaq mümkün olmur. Hesab edirəm ki, İrəvan belə addımlarla Rusiyaya "müstəqiləm" mesajı vermək istəyir, eyni zamanda, burada MDB ölkələrinə qarşı hansısa çağırış var: "Biz belə istəyirik və belə də edəcəyik". Bu, həm də böyük müharibə haqqında ümumi yaddaşı yumaq cəhdidir. Ermənistan bununla böyük bayramı siyasiləşdirir və bundan siyasi kapital qazanmaq istəyir. Halbuki, "Ölməz alay" nizamnaməsində bu yürüşün siyasətdən kənar olduğu yazılıb. Hesab edirəm ki, Ermənistanın bu addımı təkcə Rusiyada yox, digər MDB ölkələrində də qəzəb doğuracaq, çünki bu faktiki olaraq, dünya müharibəsində həlak olanların xatirəsinə hörmətsizlikdir", - deyə ekspert bildirib.

Y.Mixaylovun Rusiyanı Ermənistanın bu davranışına qarşı diplomatik addımlar atmağının vacibliyini qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2236   Tarix: 06 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə REAKSİYA

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, AB

18 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel