Ermənistan Bakıda keçiriləcək yarışa qatılmayacaq - RƏSMİ

Ermənistan Bakıda keçiriləcək yarışa qatılmayacaq - RƏSMİİyulun 21-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 2 ölkə iştirak etməyəcək.

Sonxeber.az xəbər verir ki, bunu ONA-ya Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, qeyri-müəyyən səbəblərdən Ermənistan və Lüksemburq yığmaları Bakı-2019-a qatılmayacaqlar. Nəticədə Azərbaycanda baş tutacaq yarışda 50 deyil, 48 ölkə mübarizə aparacaq.

Nazirin sözlərinə görə, əgər Ermənistan millisi yarışla bağlı müraciət etməyibsə, Lüksemburq son anda yarışdan çəkilib: "Lüksemburqu biz də hələ tam dəqiqləşdirməmişik. Sadəcə hansısa səbəblərə görə qatılmayacaqlar. Bu, Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin iclasının sonlarında bilinəcək. Ermənistanla bağlı məsələyə gəldikdə, yarışla bağlı öncədən müəyyənləşdirilən son tarix bitib. Nə Avropa Olimpiya Komitəsi, nə də biz heç bir təzyiq göstərmək fikrində deyilik. O mənadakı, gəlin, iştirak edin. Avropa Olimpiya Komitəsinə üzv ölkələrdən könüllü kim istəyir, gəlib iştirak edirlər".

A. Rəhimov vurğulayıb ki, ermənilər Bakı-2019-la bağlı heç bir tədbirə də qatılmayıblar: "Bu gün şef-de-missionların iclası keçirilir. Ondan öncə 2 dəfə Koordinasiya Şurasının toplantısı baş tutub. Burada çox mühüm bir sual var. Hər bir nümayəndənin də sualı olur. Bu, yığma komanda, yerləşmə, nəqliyyat və digər məsələlərlə bağlıdır. Bu günədək bütün yarışlar, məsələn, voleybol və ya həndbolu götürək. Komandaların adları, siyahıları həll olunub. Püşkatma mərasimi də keçirilib. Bundan sonra Ermənistan və ya Lüksemburq gəlib desə ki, mən də yarışa qatılmaq istəyirəm, onlara görə bütün sistemi dəyişə bilmərik. Ona görə ki, kifayət qədər vaxtımız yoxdur. Komanda idman növlərində Ermənistan deyil, digərləri də olsa qatıla bilməyəcəklər. Bu səbəblərdən yarışa 50 deyil, 48 ölkə qatılacaq".

Festival 10 idman növü üzrə keçiriləcək. Bunlar arasında basketbol, həndbol, voleybol kimi komanda idman növləri ilə yanaşı, gimnastika, atletika, velosiped idmanı, cüdo, üzgüçülük, tennis və güləş kimi fərdi növlər də yer alıb. Nazirin sözlərinə görə, Ermənistan və Lüksemburq müraciətlər etsələr, bəzi istisnalar mümkündür: "Ancaq fərdi idman növləri ilə bağlı Avropa Olimpiya Komitəsindən müraciət olsa, bunu istisna hal kimi müzakirə edə bilərik. Baxarıq ki, belə olan halda tədbirin təşkilində bizim üçün hansı risklərin əmələ gəlir".

Qeyd edək ki, yarışlar 12 idman obyektində keçiriləcək yarışda 3600-ə yaxın idmançının iştirakı gözlənilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1132   Tarix: 06 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12 aprel
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14 aprel
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12 aprel
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

"Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

"Formula 1" 2025 mövsümünün təqvimini açıqlayıb. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Qeyd edək ki, Bakıdakı yarış bu il sentyabrın 13-15-də gerçəkləşəcək

12 aprel
.

Əfsanəvi futbolçu karyerasını bərpa etdi

Əfsanəvi braziliyalı hücumçu Romario 58 yaşında karyerasını davam etdirmək qərarına gəlib. bildirir ki, bu barədə "Globo" məlumat yayıb. Braziliya millisinin keçmiş hücumçusu ölkənin dördüncü divizionu olan D Seriyasında çıxış edən Rio-de-Janeyronun "Amerika" klubu ilə müqavilə imzalayıb

18 aprel
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14 aprel