"Rusiya bu regionda həll edici gücə malikdir: Moskva istəsə Dağlıq Qarabağ münaqişəsinin həlli…" – SENSASİON AÇIQLAMA

"Rusiya bu regionda həll edici gücə malikdir: Moskva istəsə Dağlıq Qarabağ münaqişəsinin həlli…" – SENSASİON AÇIQLAMA"Brüsseldəki Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Polun səsləndirdiyi fikirlər tamamilə doğrudur. Şimal qonşumuz son 250 il ərzində bizim tarixi torpaqlarımızda həmişə müxtəlif yerlərdən köçürmələr edib, erməniləri məskunlaşdırdı".

Bu sözləri Sonxeber.az-a millət vəkili Elman Məmmədov açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Rusiya keçən əsrin əvvəllərində torpaqlarımızda Ermənistan dövləti qurdu:

"Sovet dövründə də ermənilər müdafiə olunub qorundu. Keçən əsrin sonlarından növbəti dəfə Çar Rusiyasının sələfi olan, onun siyasətini davam etdirən Sovetlər İttifaqı havadarlıq edərək yenidən torpaqlarımızın bir hissəsini ermənilərə işğal etdirdilər. Tək Azərbaycana deyil, eləcə də bu gün Cənubi Qafqaza, regiona qeyri-qanuni nəzarət Rusiyanın əlindədir. Rusiya bu regionda həll edici gücə malikdir".

Elman Məmmədov qeyd edib ki, Ermənistanı silahlandıran, müdafiə edib qoruyan Rusiyadır:

"Bu da gizli deyil. Rusiya ilə qonşu kimi yüksək səviyyədə əlaqələrimiz var, dostluq, əməkdaşlıq, tərəfdaşlıq edirik. Bütün sahələrdə ən yaxın münasibətlərdəyik, ancaq buna baxmayaraq, Ermənistanı qorumaq siyasəti hələ də davam edir. Rusiyanın böyük ordusu Ermənistanda yerləşib. Ermənistanın hava limanı da Rusiya tərəfindən qorunur. Moskva həqiqtən istəsə ki, Qarabağ münaqişəsi həll olunsun, o zaman heç bir qüvvə ona mane ola bilməyəcək. Moskva hər zaman münaqişənin həll olunmasını və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Lakin Dağlıq Qarabağ məsələsinin həllinə gələndə, fikirlər haçalanır. Sözlər başqa cür deyilir, əməllərsə başqa cür".

Qeyd edək ki, Brüsseldəki Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol Report-a aaçıqlamasında deyib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, eləcə də liderləri arasında keçirilən görüşlər müsbət addımdır və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində "yeni nikbinlik" üçün əsas olub".

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qlobal qüvvələrinin səyləri və təsirləri barədə danışan A.Pol vurğulayıb ki, hazırda həlledici söz Moskvadadır: "Donald Tramp (ABŞ Prezidenti - red.) bu regionu unudub. O, başqa şeylərlə maraqlanır, məsələn, İranla mübarizə aparır. Rusiya üçün isə Cənubi Qafqaz regionu əsas prioritetdir".

Gülnarə Eynullaqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1808   Tarix: 06 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Hacıqabul rayonuna səfər edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub. -ın məlumatına görə, dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib və "Agro Dairy"

9 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

"Brüssel görüşündən sonra Ermənsitan birmənalı olaraq kənar qüvvələrlə işbirliyi çərçivəsində sülh prosesindən yayınır" - Ekspert

Artıq neçə gündür ki Ermənistan atəşkəsi pozur. Atəşkəsin bu dərəcə tez tez pozulması Ermənistanın Aprelin 5-də keçirilmiş Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüssel görüşü ilə əlaqəsi ola bilərmiı? Proseslər bel

9 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gələcək. Bunu Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O, səfərin 2024-cü il aprelin 24-25-nə planlaşdırıldığını vurğulayıb

9 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel