Erməni qadınların FƏRYADI: Azərbaycanlılara desək... - Video

Erməni qadınların FƏRYADI: Azərbaycanlılara desək... - VideoMən Ermənistana gələndə heç də xoş olmadı, çünki özümün və ailəmin ünvanına xoşagəlməz ittihamlar səsləndirildi. Oğlumu dəfələrlə döyüb, onun Azərbaycan ermənisi olduğunu dedilər. Azərbaycan ermənisi olanda nə olar? Onlara dünyada yermi yoxdur? Mən bunu deməkdən utanmıram, özüm də erməniyəm, lakin onlar bizi sevmir və heç vaxt da sevməyib. Ermənistanda buna görə çox qala bilmədim.

Bu sözləri Dağlıq Qarabağ müharibəsi illərində Azərbaycandan Ermənistana köçən erməni qadınlardan biri ölkədə onlara qarşı kəskin nifrət və ayrı-seçkilik, ağır iqtisadi-sosial şərait barədə danışarkən deyib.

"Moskvaya getmək və oradan ABŞ-a miqrasiya üçün müraciət etmək qərarına gəldim. Ərim işləmirdi, iş tapmırdı. Moskvaya getdiyim üçün məni satqın adlandırdılar. Mən satqınam, çünki özümün 16 yaşlı oğlumu ərimlə birlikdə döyüşməyə göndərmədim. Hə, mən buraxmadım, qan və ölüm istəmədim. Mənə dedilər ki, sənin nəvə-nəticələrin sağ qalacaqlar. Bəs savaşmaq nəyə lazımdır? Əgər oğlum və ya ərim ölsə, nəvələrimi harada görəcəyəm?" - erməni qadın bildirib.

Daha sonra Azərbaycandan Ermənistana köçən ermənilərin acınacaqlı vəziyyətdə yaşaması əks olunub. Belə ki, yataqxanada yaşayanlar heç bir şəraitin olmaması, hökumətin laqeydliyi, büdcədən və beynəlxalq təşkilatlardan ayrılan pulların mənimsənilməsi kimi hallardan danışıblar. Erməni qadınlardan birinin sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandan gələnlərin yaşadığı yataqxananın təmiri üçün ayırdığı 5 milyon mənimsənilib və nəticədə heç bir yardım göstərilməyib.

Erməni qadın həmçinin ölkə rəhbərliyinin Azərbaycandan gələn qaçqınların ölkəni tərk etməsinə qadağa qoyduğunu bildirib. Belə ki, bu barədə hökumət bütün səfirliklərə müvafiq göstəriş verib. Bunun səbəbi isə Azərbaycandan gələn ermənilərə görə verilən humanitar yardımların mənimsənilməsidir.

Erməni qadın son cümlələrində isə öz xalqı ilə azərbaycanlıları müqayisə edib:

"Biz erməni olsaq da, özgəyik. Yerli və gəlmə ermənilər iki fərqli xalqdır. Burda çox yalan danışırlar. Mən həyatım boyu burdakılara etibar etmirəm. Çox qəribə ermənilərdir. Hərçənd Suriyadan gələn ermənilər də heç vaxt düzgün insan olmasalar da, yerli ermənilərdən daha çox onlarla aramızda bir yaxınlıq var. Onlar yerli ermənilərlə birlikdə yaşaya bilməzlər. Aci bir həqiqət var. Gəlin sizə onu da deyim. Nə Azərbaycandan, nə də Suriyadan gələnlər heç vaxt burada yaşamayacaqlar. Çünki burda insanlar qəddardılar. Mən sonradan başa düşdüm ki, yerli ermənilərə problemlərini danışmaq olmaz. Əgər azərbaycanlıya öz problemini desən, o sənə deyəcək, "sənə necə kömək edə bilərəm?" və kömək də edəcək. Yox əgər problemini erməniyə desən, o bundan istifadə etməyə və səni tapdalamağa çalışacaq". (axar.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1980   Tarix: 08 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel