Xələf Xələfov: "Ölkə rəhbəri tərəfindən çox böyük etimad göstərilib" – MÜSAHİBƏ

Xələf Xələfov: "Ölkə rəhbəri tərəfindən çox böyük etimad göstərilib" – MÜSAHİBƏ"Sual-Cavab" layihəsinin qonağı yenidən Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunan Xələf Xələfovdur. O, 2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbər vəzifəsinə təyin olunub. 2019-cu il mayın 3-də isə, Prezidentin sərəncamı ilə yenidən Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub. Eyni zamanda X. Xələfova dövlət başçısının digər sərəncamı ilə Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Sonxeber.az nazir müavini postuna təyin olunan Xələf Xələfovun müsahibəsini təqdim edir:

- Xələf müəllim, öncə Sizi yenidən Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edildiyinizə görə təbrik edirik. Təyinatınız gözlənilməz oldu. Özünüz bu haqda nə deyə bilərsiniz?

- Bu təyinata görə cənab Prezidentə minnətdaram. Ölkə rəhbəri tərəfindən çox böyük etimad göstərilib. Bu etimadı doğrultmaq üçün bütün səy və imkanlarımı səfərbər edəcəyəm.

Dövlət məmurlarının harada daha çox faydalı ola biləcəyini...

- Artıq vəzifənizi icra edirsiniz. Sizcə, hansı səbəblər bu təyinatı şərtləndirdi?

- Bu təyinat ölkə rəhbərinin qərarıdır. Dövlət məmurlarının harada daha çox faydalı ola biləcəyini dövlət başçısı özü müəyyən edir.

Xələf Xələfov: "Ölkə rəhbəri tərəfindən çox böyük etimad göstərilib" – MÜSAHİBƏ- Son həftələrdə sərhədlərin delimitasiyası ilə bağlı Gürcüstandan verilən bəyanatları necə qiymətləndirirsiniz? Bu məsələnin hər iki tərəfi qane edəcək həlli yolu nədən ibarətdir?

- Dövlət sərhədinin delimitasiyası uzun və həssas prosesdir. İctimai müzakirə, xüsusilə də emosional xarakterli bəyanatlar, məsələnin həllinə köməklik göstərmir və tərəflərin maraqlarına cavab vermir. Qeyd olunan məsələ hüquqi müstəvidə həll olunmalıdır. Gürcüstan-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Regionda həyata keçirilən əməkdaşlıq Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığına söykənir. Ümid edirəm ki, bu kontekstdə hökumətlərimiz arasında mövcud qarşılıqlı anlaşma və sıx əməkdaşlıq həllini gözləyən məsələlərin tənzimlənməsini təmin edəcəkdir.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması…

- Ölkəmiz üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyası mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu haqda fikirlərinizi bilmək istərdim...

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün birmənalı olaraq mühüm addımdır. Bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla, Xəzəryanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır. Konvensiyanın imzalanması sahilyanı dövlətlər arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir.

Xələf Xələfov: "Ölkə rəhbəri tərəfindən çox böyük etimad göstərilib" – MÜSAHİBƏ- Xəzərlə bağlı bütün məsələlərinin həlli üçün daha nələr etmək lazımdır?

- Hal-hazırda Xəzəryanı dövlətlər arasında ikitərəfli və çoxtərəfli danışıqlar formatı mövcuddur. Azərbaycan bu çərçivədə öz səylərini davam etdirir. Beştərəfli formatda Konvensiyadan irəli gələn məsələlərin həlli üçün Yüksək Səviyyəli İşçi Qrupun Bakıda və Nur-Sultanda iki iclası keçirilib. Həmin iclaslar çərçivəsində tərəflər arasında Xəzər dənizində müxtəlif aspektlər üzrə əməkdaşlıq və Xəzəryanı Dövlətlərin, Dövlət Başçılarının Beşinci Zirvə Toplantısında əldə olunmuş razılaşmaların həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. İkitərəfli formatda Türkmənistan və İranla Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı məsləhətləşmələr davam etdirilir. Hazırda davam edən danışıqlar və proseslər ölkəmiz və regionumuz üçün müsbət nəticələrin əldə edilməsinə yönəlib.

Gülnarə Eynullaqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2108   Tarix: 08 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021