Kürdəmirdə MÜDHİŞ DAVA: Gənc tanışının qulağını dişləyib qopardı – Təfərrüat

Kürdəmirdə MÜDHİŞ DAVA: Gənc tanışının qulağını dişləyib qopardı – TəfərrüatKürdəmir rayonunda dostuna müxtəlif dərəcəli bədən xəsarəti yetirməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Mütalib Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mütalib Səmədov Kürdəmir rayonunun Karrar kəndində yerləşən Eldəniz Xəlilova məxsus yeməkxanada tanışları ilə birlikdə qonaqlıqda iştirak edib.

Həmin vaxt digər tanışı Teymur Hacalızadə yeməkxanaya gəlib, onlarla bir masa arxasında əyləşib.

Bu zaman Mütaliblə Teymur Rusiya Federasiyasına gedib, orada yaşamaq və işləməyi müzakirə ediblər. Onların arasında mübahisə bu mövzuda yaranıb.

Mütalib Teymurun üzərinə gedərək onunla əlbəyaxa olub.

Orada olanlar onları aralayıblar. Mütalib Səmədovu tanışları yeməkxanadan çölə çıxardıblar.

O, Teymur Hacalızadənin yeməkxanadan çıxıb binanın arxası ilə sakitcə getdiyini gördükdə uca səslərlə söyüşlər söyüb, sonra Teymurun arxasına düşüb.

Yeməkxananın arxa tərəfində, boş sahədə yenidən Teymurla mübahisəni davam etdirib. Daha sonra Teymuru yerə yıxıb, sağ qulağını dişləyərək qopardıb.

İstintaq orqanı tərəfindən Mütalib Səmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mütalib Səmədov 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mütalib Səmədov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsi Mütalib Səmədovun şikayətini təmin etməyib.

Qərardan narazı qalan Mütalib Səmədov kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Şikayət təmin olunmayıb. (teleqraf)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1100   Tarix: 10 may 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bakıda öldürülən "Emil 444"ün qətlinin - TƏFƏRRÜATI

Bakı şəhər Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. . . Sonxeber.az ONA-ya istinadla xəbər verir ki, mübahisə zəminində baş verən hadisə nəticəsində naməlum şəxs tərəfindən iki nəfər bıçaqlanıb. . . İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Yusifo

10 may 2019

Bakıda ata və oğul borc pul üstündə qan tökdü

Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı öldürməyə cəhd etməkdə təqsirləndirilən Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.. Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclas

10 may 2019

Azərbaycanda kafe sahibinin oğlunu söyüş üstə öldürdülər - TƏFƏRRÜAT

Biləsuvar rayonunda qətl hadisəsi baş verib. . . Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Səmədabad kəndində qeydə alınıb. . . Məlumata görə, kənd sakinləri 1990-cu il təvəllüdlü Rafiq Mehdiyev və 1992-ci il təvəllüdlü Elton Məmmədov şəxsi münasibətlər zəminind

10 may 2019

DİN-dən kriminal avtoritetin qətli ilə bağlı rəsmi - AÇIQLAMA

Daxili İşlər Nazirliyi paytaxtda baş verən qətllə bağlı açıqlama yayıb.. . Sonxeber.az xəbər verir ki, qətl hadisəsi mayın 9-da, saat 23 radələrində Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində İ.Həşimov küçəsində baş verib.. . Şərur rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 134-cü (öldürməklə v

10 may 2019

Biləsuvar sakini öldürüldü - QƏTLİN TƏFƏRRÜAT

Biləsuvar rayonunda baş verən qətlin təfərrüatı məlum olub.. . Hadisə ötən gün gecə saatlarında rayonun Səmədabad kəndində qeydə alınıb.. . Məlumata görə, kənd sakinləri 1990-cu il təvəllüdlü Rafiq Mehdiyev və 1992-ci il təvəllüdlü Elton Məmmədov şəxsi münasibətlər zəminində sonuncunun atasına məxsu

10 may 2019

Çay evində gənclər arasında dava: "Mənimlə yaxşı görüşmədin..." – Təfərrüat

Bakıda çay evində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Məhərrəm Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.. . Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Məhərrəm Quliyev Xətai rayonu Neapol küçəsində "Antalya" dönər evinə gəlib, orada ça

10 may 2019

Sumqayıtda qısqanc ər arvadını yatdığı yerdə öldürdü

Sumqayıtda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Şamil Axundovun məhkəməsi başlayıb.. "Ölkə.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ş.Axundovun anket məlumatları elan edilib.. . Növbəti məhkəmə prosesi mayın 12-nə təyi

10 may 2019

Azərbaycanda məcburi köçkünün evi qarət olundu

Bərdə rayonunda mənzildən oğurluq olub.. . Sonxeber.az xəbər verir ki, Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Meşəçilik institutu ərazisində məcburi köçkünlərin məskunlaşdığı yerdə baş verib.. . Ağdam rayonundan olan məcburi köçkün Xəyalə Məmmədovaya məxsus fərdi yaşayış evində

9 may 2019

Bakıda ailəli bacısını başqa kişi ilə tutan qardaş dəhşət saçdı

Bakıda bacısını qətlə yetirməyə cəhddə ittiham edilən Niyaməddin Məmmədovun apellasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.. Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun birinci instansiy

9 may 2019