İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur.

Sonxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə deyib.

"Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşamış və yaratmışdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır. Bu, yeganə yoldur və biz bu yolla gedirik və gedəcəyik.

Eyni zamanda, ordunun gücünü artırırıq. Bu gün Azərbaycan beynəlxalq reytinqlərə əsasən dünya miqyasında ordu potensialına görə 50 ölkə arasındadır. Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaqdır", - Azərbaycan Prezidenti söyləyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 865   Tarix: 11 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

"Bu gərginliyin sonu müharibə ilə nəticələnə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi, aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Mövqelərimi

9 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi

12 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel