Ramil Usubov yeni inzibati binaların açılışında iştirak etdi - FOTO

Ramil Usubov yeni inzibati binaların açılışında iştirak etdi - FOTOUlu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günündə - mayın 10-da Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhlükəsizlik İdarəsinin və Respublika Hospitalının Reabilitasiya Mərkəzinin yeni inzibati binalarının açılışları olub.

DİN-in mətbuat xidmətindən Sonxeber.az-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov hər iki tədbirdə iştirak edib.

Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyəti üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Ramil Usubov xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, ölkəmizin siyasi, hərbi və iqtisadi qüdrətinin daha da yüksəldilməsi istiqamətində aparılan geniş quruculuq işləri, fəal hüquq mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb. Bu ali diqqət və qayğı nəticəsində hər il yeni obyektlərin istismara verildiyini xatırladan nazir elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin xidməti fəaliyyətdə tətbiqinə böyük önəm verildiyini nəzərə çatdırıb. R.Usubov bütün bunların şəxsi heyətin xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırdığını qeyd edib.

Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət göstərilən yüksək diqqətə əməli işlə cavab verəcək, asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcək.
Ramil Usubov yeni inzibati binaların açılışında iştirak etdi - FOTORamil Usubov yeni inzibati binaların açılışında iştirak etdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1232   Tarix: 11 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel