"Finalın Bakıda keçirilməsi gülməlidir" - Baş məşqçidən İNANILMAZ SÖZLƏR

"Finalın Bakıda keçirilməsi gülməlidir" - Baş məşqçidən İNANILMAZ SÖZLƏR"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakıda təşkilinə münasibət bildirib.

Sonxeber.az bildirir ki, goal.az BBC-yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunun düzgün qərar olmadığını düşünür:

"Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdir. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın. Qərar daha məqbul olmalıdır".

Klopp Bakı ilə Çempionlar Liqasının final görüşünün keçiriləcəyi Madrid şəhərini də müqayisə edib: "Bakı? Ora necə getmək, mütəmadi reyslərin olması barədə anlayışım yoxdur. Belə qərarlar daha şüurlu verilməlidir. İndi bu qərar məsuliyyətsiz təsiri bağışlayır. Qərarların necə verilməsini bilmirəm. Şəhərlərdə qiymətlərin endirilməsinə razı olmalıdılar ki, hər şey müəyyən kateqoriyada olsun. Madridə gəlincə, eşitmişəm ki, orda adətən 100 funt-sterlinqə götürə bildiyiniz mənzil üçün indi 2700 funt-sterlinq ödəməlisiniz. Bu ağlasığmazdır. Nə deyə bilərəm? Azarkeşlər üçün çox təəssüflənirəm".

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "Çelsi" arasında keçiriləcək. "Liverpul" - "Tottenhem" finalı isə iyunun 1-i Madridin "Vando Metropolitano" stadionunda keçiriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1440   Tarix: 11 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Neftçi"nin Moskva "Spartak"ı ilə oyunu ləğv olunub

"Neftçi" ilə Moskva "Spartak" arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq. "Report" xəbər verir ki, matç Rusiya klubunun xahişi ilə ləğv olunub. Buna səbəb Moskva vilayətindəki "Crocus City Hall"da baş verən terror aktı nəticəsində ço

23 mart
.

Boliviya klubunun gənc forvardı məşq zamanı öldü

Boliviyanın elit divizionunda çıxış edən "Real Santa Cruz" futbol komandasının kolumbiyalı hücumçusu Gilyerme Denis Beltran 24 yaşında vəfat edib. Faciə Beltranın meydanda səhər məşqi zamanı baş verib. O, ürək-damar fəaliyyətinin dayanması səbəbindən huşunu itirib. Futbolçu dərhal xəstəxanay

23 mart
.

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri yayılıb. Bununla bağlı videonu yayıb. Belə ki, martın 17-də U-13 liqası çərçivəsində keçirilən "Turan Tovuz" FK - "Azəri" (Gəncə) oyununun 15-ci dəqiqəsində qonaqların baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib. Yayıla

28 mart
.

Azərbaycanlı kikboksçu "Glory 91" yarışında iştirak edəcək

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Fransanın paytaxtı Parisdə "Glory 91" yarışında iştirak edəcək. xəbər verir ki, döyüşçümüz turnirdə özünü yeni çəkidə sınayacaq. O, ağır yox, yüngül ağır - 91 kq-dan aşağı çəkidə çıxış edəcək. Bəhramın rəqibi yerli idmançı Kevin Oumar (33-4) olacaq. "Glor

24 mart
.

Azərbaycanın qadınlardan ibarət basketbol millləri Türkiyədə parlaq qələbələr qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol milləri parlaq qələbələr qazanıb. "Report" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərind

23 mart
.

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

"Qarabağ" FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanovu da hiddətləndirib. " "a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib, Elvini külli miqdard

28 mart
.

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib. xarici KİV-ə istinadla bildirir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb. Dəyərin azalmasına baxmayaraq, "İnte

26 mart
.

Ronaldo İsveçlə oyunu buraxacaq

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İsveçlə yoldaşlıq oyununu buraxacaq. xəbər verir ki, millinin baş məşqçisi Roberto Martines dünya ulduzunu 23 nəfərlik heyətə daxil etməyib. Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən təcrübəli forvardın Sloveniya ilə yoldaşlıq matçında

19 mart
.

AFFA məşqçini futboldan uzaqlaşdırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. qurumun saytına istinadən xəbər verir ki, iclasda U-13 liqasındakı qayda pozuntuları ilə əlaqədar da qərarlar qəbul olunub. "Azəri" klubunun baş məşqçisi Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb. AFFA-nın yaydığı məlumatda bildirilib:

27 mart