Bakıda öldürülən kriminal avtoritetlə bağlı YENİ FAKTLAR

Bakıda öldürülən kriminal avtoritetlə bağlı YENİ FAKTLARHər adam özünü avtoritet adlandıran kimi o avtoritet olmur ki! "Samozvanets" deyirlər onlara.

Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində, təxminən gecə saat 2 radələrində Masallı sakini, 1988-ci il təvəllüdlü Emil Ehtiram oğlu Səfərov öldürülüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emil Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. 61 yaşlı Əli Məhəmməd oğlu Yusifov çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, mübahisə zəminində bir neçə nəfər arasında dava olub. Həmin vaxt Əli Yusifov tərəfləri ayırmağa çalışıb və o da, Emil Səfərov kimi bıçaq xəsarətlərinə məruz qalıb. Hətta ən təcrübəli kriminalistlər Emil Səfərovun qətlindəki qəddarlığın dərəcəsinə təəccüb ediblər. Emil Səfərovun meyitini müayinə edən məhkəmə tibb ekspertləri onun bədəni üzərində 41 bıçaq xəsarəti sayıblar. Onun həyati vacib orqanlarının əksəriyyətinin zədələndiyi, kəskin qan itirmədən dünyasını dəyişməsi haqda ilkin rəy verilib.

Qanlı hadisə ilə əlaqəli yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri qətldən sonra Naxçıvanın Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyevi saxlayıblar. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalar zamanı üzə çıxıb ki, Emil Səfərov həbsdən yenicə çıxıb. Ötən il onu qanunsuz odlu silah saxlamağa görə məhkum ediblər. Lakin E.Səfərov həbsdən vaxtından əvvəl buraxılıb. O da məlumdur ki, E.Səfərov kriminal aləmdə nüfuz qazanmağa cəhd edənlərdən olub. Onu kriminal aləmdə maşınının nömrə nişanının sonluğu ilə "Emil 444" ləqəbi ilə çağırırmışlar. Bəzi məlumatlara görə, qanlı dava iki ayrı kriminal qruplaşmanın nümayəndələri arasında baş verib.

Emil Səfərovla Həsən Tağıyevin "razborkası"nın kökündə də kriminal məzmunlu mübahisənin dayandığı haqda məlumatlar var. Hadisə baş verən gün Emil Səfərov idarə etdiyi maşınla gecə yarısı Həsən Tağıyevin kirayə yaşadığı evin qarşısına gəlib. Emil Səfərovun maşınında başlayan söhbət davaya çevrilib və bıçaq işə düşüb. Hazırda qanlı olayın motivi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

"Hər adam özünü avtoritet adlandıran kimi o avtoritet olmur ki! "Samozvanets" deyirlər onlara".

Bu barədə Axar.az-a kriminal avtoritetlər barədə bir sıra kitabların müəllifi Bəhram Çələbi danışıb. Ötən gecə bıçaqlanaraq qətlə yetirilən Emil Səfərovun "Emil 444" ləqəbli avtoritet olması barədə yayılan məlumata cavabında B.Çələbi Azərbaycanda belə bir avtoritet tanımadığını deyib: "Kriminal avtoritetlər özlərinə adətən ləqəb kimi hər hansısa söz, xüsusilə fikir ifadə edən sözləri götürürlər. Rəqəmlərdən özünə ləqəb götürən avtoritet ilk dəfədir eşidirəm. Azərbaycanda belə avtoritet tanımıram. Hər adam özünü avtoritet adlandıran kimi o avtoritet olmur ki! "Samozvanets" deyirlər onlara. Yəni o şəxs tanınmırsa, elə özü özünü avtoritet hesab edirsə, bu düzgün deyil. Onu oğru aləmi tanımalıdır. Bu adda avtoritetin olduğunu bilən yoxdursa, ya ola bilər özü özünə ad qoyub, ya da bu adı yeni alıb deyə, tanınmır hələ. Mən kriminal yazaram, ancaq belə bir kriminal avtoritet tanımıram". (Musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2725   Tarix: 11 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021