Mahmudovun zərərçəkənindən şikayət - 320 min manatlıq iddia

Mahmudovun zərərçəkənindən şikayət - 320 min manatlıq iddiaLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə üzləşən iş adamı Zaur Əzimovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 20-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Əzimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Zaur Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb.

Bütün bunların qarşılığında Zaur Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.

Zaur Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir gətirəcəyi vədini verib.

Amma aldığı məbləği geri qaytarmayıb.

Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Əzimov 2017-ci ildə saxlanılıb.

Zaur Əzimov daha əvvəl MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və onlarla birlikdə mühakimə olunanların, həmçinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınıb.

Həmin cinayət işləri üzrə Zaur Əzimovun iddiası təmin olunmayıb və mülki iddiası baxılmamış saxlanılıb.

Sonradan Zaur Əzimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

MTN-in sabiq əməkdaşlarının qanunsuz əməlləri nəticəsində 300 min manatdan çox ziyan çəkib.

Belə ki, Vüqar Mahmudov MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, idarənin əməkdaşı Fərhad Atayev və barələrində cinayət təqibi davam etdirilən digər şəxslərlə birlikdə iş adamları – Sahib Qurbanov və Zaur Əzimovun külli miqdarda pul vəsaitlərini ələ keçirmək qərarına gəliblər.

Vüqar Mahmudov və dəstə üzvləri ölkəmizə bahalı siqaretlərin gətirilməsini təşkil edən bu iki iş adamı barəsində MTN-ə əməliyyat məlumatı, ərizə və ya siqnal işi olmadığı halda onları izləməyə başlayıblar.

Zaur Əzimov və Sahib Qurbanovun barəsində guya MTN-in Binəqədi rayon şöbəsinə mövcud olan siqnal işi çərçivəsində Vüqar Mahmudovun tapşırıqları 7 fevral 2015-ci il tarixdə Elçin Quliyev tərəfindən imzalanıb.

Daha sonra Elçin Quliyev iş adamlarının mobil telefonlarının izlənilməsi MTN-in rəhbəri tərəfindən təsdiqlənib.

Bundan sonra Teymur Quliyevin tapşırığı ilə Fərhad Atayev hər iki iş adamını izləyib.

Dinləmə nəticəsində Zaur Əzimov və Sahib Qurbanovun şəxsi həyatı, kommersiya fəaliyyəti, siqaret məhsullarının saxlanma yeri müəyyən edilib.

Həmin il fevralın 7-də Zaur Əzimovun 100.000 manat dəyərində siqaret məhsullarını Bakı şəhərində "Elit" ticarət mərkəzinin yaxınlığında Ramin Muxtarova satması, 55.000 manat dəyərində siqaretin Sahib Qurbanovda olması, onların hərəkət marşrutları barədə dəstə üzvləri – Fərhad Atayev, Teymur Quliyev tərəfindən məlumatlar mütəşəkkil dəstənin digər üzvlərinə təqdim olunub.

Bundan sonra Sahib Qurbanov və Zaur Əzimov, həmçinin alıcı Ramin Muxtarov "Elit" ticarət mərkəzinin qarşısında saxlanılaraq MTN-in Binəqədi rayon şöbəsinə gətiriliblər.

Hər iki iş adamını guya ölkəmizə siqaretləri qaçaqmalçılıq yolu ilə gətirmələri barədə cinayət işi başlanacaq, onların barəsində həbs qətimkan tədbiri seçiləcəyi adı ilə təhdid ediblər.

Dəstə üzvləri Zaur Əzimov və Sahib Qurbanovun barəsində həmçinin rüsvayedici məlumatlar yaymaqla hədə-qorxular da gəliblər.

Bundan sonra Vüqar Mahmudovun başçılıq etdiyi dəstə üzvləri Zaur Əzimovdan 120.000 manat, Sahib Qurbanovdan isə 55.000 manat dəyərində 55 qutu "Kent" siqaretlərini ələ ediblər.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatında araşdırılır.

Bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınan Zaur Əzimov Vüqar Mahmudova qarşı ümumilikdə 320 min manat mülki iddia qaldırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1656   Tarix: 11 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021