Mahir Mədətov ilk dəfə yeni soyadına aydınlıq gətirdi

Mahir Mədətov ilk dəfə yeni soyadına aydınlıq gətirdiMənim üçün bombardirlik ikinci planda idi. Sadəcə, bu gün "Neftçi"yə uduzmaq istəmirdim. Onlara qalib gəlməyin həzzi başqadır. Çünki, bu derbidir. Sevinirəm ki, qalib gəlik və çempion olduq. Çempion ola bilməsəydik, əziyyətimiz yerdə qalacaqdı.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu millimizin və "Qarabağ"ın futbolçusu Mahir Mədətov (Emreli) deyib.

O, karyerasında mövsümün gedişatında enişin olmasını ailə problemlərinin olması ilə əlaqələndirib:

"Ailə problemlərim heç kimə sirr deyil. Hər şeyin başında bu durur. Sadəcə, gördüm ki, iş buradadır, ailə buradadır. Tənzimləmək istəyirdim. Amma gördüm ki, həm oradan, həm də buradan oluram. Kapitanımıza və baş məşqçimizə bu haqda danışdım. Onlar da dəstək olduqdan sonra oyunumda artıma nail oldum.

Mənim vəzifəm anamın, bacımın yanında olmaq idi. Bundan sonra da belə olacaq. Onlara sahib çıxmalıyam. Sadəcə, hər şey ani olduğu üçün bir az şok keçirdim. Karyeramda eniş getsəydi, anam və bacım çox pis olardı. Gözlərini mənə dikiblər, onlar üçün çox vacibəm. Eləcə də onlar mənim üçün. Çalışıram ki, öz işimlə də onları sevindirim. Çempionluğumu da, bombardirliyimi də onlara həsr edirəm".

Mahir yeni şəxsiyyət vəsiqəsində atası Anarın adını öz ismi ilə və soyadı Mədətovu Emreli soyadı ilə dəyişdirib. O buna da aydınlıq gətirib: "Sosial şəbəkələrdəki yeni şəxsiyyət vəsiqəmi mən paylaşmamışam. Babamın soyadı Emrelidir. O, yarı avar, yarı azərbaycanlıdır. Onun soyadını özümə götürmüşəm. Bu soyad məndən başqa bir də dayım oğlundadır. Növbəti mövsümdən formamda "Mədətov" yox, sadəcə "Mahir" yazılacaq".

O daha sonra Yunanıstanın AEK klubunun onu istəməsi ilə bağlı danışıb:

"Bunu yeni mövsümdə görəcəyik. Ola bilər ki, xaricə üz tutum. Avropada yaxşı klub, oynaya biləcəyim yer olsa, canla-başla gedərəm. AEK isə məni hələ "Kopenhagen"ə qalib gələrək, Çempionlar Liqasına vəsiqə qazandığımız vaxt istəyirdi. Son olaraq, qışda mənim üçün "Qarabağ"a rəsmi təklif göndərdikləri vaxt mövsümün ikinci hissəsinə üç gün qalırdı, "Neftçi" ilə oyuna hazırlaşırdıq. Hələ "Qarabağ"la bir illik müqaviləm var. Ən böyük problem transfer haqqı məsələsidir. AEK fikirləşir ki, Azərbaycan çempionatıdır, xərcə düşmək istəmir. Amma əslində "Qarabağ"ın ardıcıl beş il avrokubokların qrup mərhələsində oynamış bir Avropa klubu kimi transfer haqqı istəməyə tam ixtiyarı var".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2316   Tarix: 12 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin

15 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021
.

"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç

12 sentyabr 2021
.

Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO

I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib

6 sentyabr 2021
.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18 sentyabr 2021
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. Bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçüncü olub. İlk pilləni 1.0

7 sentyabr 2021
.

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir

5 sentyabr 2021
.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021